Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 18:17

Sığorta şirkətindən şikayət var


Əlil (arxiv fotosu)

“2 ildir ki, sığorta şirkəti bəhanələr gətirərək mənə sığortapulu ödəməkdən imtina edir. İnsanlar mallarını, canlarını sığorta etdirirlər ki, dar gündə köməkləri olsun. Ancaq dar gündə şirkət də səni get-gələ salanda, ikiqat əsəb, problem yaşamalı olursan”.

Zərdab rayonu, Çallı kənd sakini Elmir Mustafayev 2 il əvvəl avtomobil qəzası keçirib. Ağır yaralarla xəstəxanaya yerləşdirilib, həm Ucar, həm də Bakıdakı xəstəxanalarda bir neçə dəfə əməliyyat olunub və uzun müddət müalicə alıb. 2-ci qrup əlilə çevrilib və hazırda növbəti əməliyyata ehtiyacı var.

Buna da bax:​ 'Hərbi xidmətdə əlil edib buraxıblar, sığortamı ödəmirlər'

“XƏSARƏTLƏR QƏZADAMI ALINIB?”

AzadlıqRadiosu-na göndərdiyi məktubda yazır ki, sağlamlığına dəymiş zərərin ödənilməsi üçün içərisində qəzaya düşdüyü avtomobilin sığortalandığı AXA MBASK sığorta şirkətinə müraciət edib. Deyir, şirkət müxtəlif bəhanələrlə sığortanı ödəmək istəmir:

“Məndən əlilliyimi təsdiqləyən sənədin surətini və daha bir neçə sənəd istədilər, təqdim etdim. Ancaq bildirdilər ki, 36 saylı TSEK-in verdiyi arayışlarda bu xəsarətlərin məhz avtomobil qəzasında aldığım qeyd olunmadığından mənə sığortapulu ödəyə bilməzlər”.

Əlil də 36 saylı TSEK-ə (Tibbi-Sosial Ekspert Komissiyası), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edib. Ona bildirilib ki, əlilliyin təyin olunması ilə bağlı verilmiş sənədlərdə əlilliklə sonuclanan xəstəliklərin avtomobil qəzası nəticəsində yarandığı qeyd olunub.

Buna da bax: Maşını əzilib, özü xəstəxanaya düşüb, amma...

Əsasını sürüyə-sürüyə sığorta şirkətinə gedib gələn əlilə eyni sözü deyirlər: Sənədlərdəki qeydlər sığortapulunu ödəməyə kifayət etmir. Əlil də bu ilin fevralında sığorta şirkətindən Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidmətinə elektron müraciət edib. Ancaq hələ bu müraciətinə də cavab almayıb.

SIĞORTA ALMAQ HÜQUQU

Hüquqşünas Vaqif Alıyev deyir, İcbari Sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, avtomobil qəzası zamanı maşında olan sərnişinlərin (3-cü şəxslərin) sığorta almaq hüququ var:

Buna da bax:​ İcbari tibbi sığorta ilə üç nəfər əməliyyat olundu. Pulsuz?

“İcbari Sığorta haqqında qanunun 17-ci maddəsinin 1.6-cı bəndində yazılıb: uyğun hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin də xəsarətinin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının surəti yetərlidir. O sənədlərdə xəsarətlərin səbəbi aydın qeyd olunur”.

AzadlıqRadiosu-nun AXA MBASK sığorta şirkətinin office@axambask.az elektron ünvanına göndərdiyi sorğuya cavab verilməyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG