Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 01:07

İcbari tibbi sığorta ilə üç nəfər əməliyyat olundu. Pulsuz?


Pilot rayonlarda icbari tibbi sığortanın tətbiqi çərçivəsində bu həftə ərzində pilot ərazilərin 3 sakini əməliyyat olunub.

Xəbəri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaylb.

Məlumata görə, döş qəfəsində ağrı və təngnəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstə əməliyyat olunub. Hazırda onun durumu stabildir, stasionarda müalicəsi davam edir.

Pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxs kimi Vahid Əliyevin icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə etdiyi deyilir.

Azərbaycanda tibbi xidmət qanunla pulsuzdur. Amma əksər insanlar həkimlərə "hörmət" etdiklərini deyirlər.

İcbari sığortanın həqiqətən pulsuz olub-olmaması ilə bağlı yaxın günlərdə Azadlıq Radiosunda reportaj hazırlayacağıq.

Buna da bax: İcbari sığortadan nə gözləyirsiz? (Bakıda sorğu)

İcbari tibbi sığortadan nə gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG