Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:40

İcbari sığorta paketində doğuşa 300 manat ayrılıb


Ana körpəsi ilə (arxiv fotosu).
Ana körpəsi ilə (arxiv fotosu).

İndi sığortalananların öncə ailə həkimindən rəy alacağı, o, göndəriş verərsə, stasionar müayinə və müalicəyə götürüləcəyi bildirilir.

“Hələ necə olacağını bilmirik. Yəqin ki, həkim və tibb işçilərinin maaşı qalxacaq”. Bunu AzadlıqRadiosu-na Mingəçevir xəstəxanası baş həkiminin müavini İlham Mayılov deyir. Onun fikrincə, həkimlər indən belə qabiliyyət və əməyinə görə qiymətləndiriləcək. İcbari tibbi sığortanın Mingəçevirdən başlamasını sevinclə qarşılayan həkim ölkə səhiyyəsində bunun dönüş nöqtəsi olacağını düşünür: “Bütün dünya sığorta təbabəti ilə işləyir. Bizdə də nə vaxtsa buna başlanmalıydı. Mingəçevirdən başlanması lap yaxşı. Demək ki, tarixi dönüş nöqtəsi burdan başlanır”.

Buna da bax:​ İcbari tibbi sığortadan xəbər var

İlham Mayılov Mingəçevir xəstəxanasında müasir tibbi avadanlığın olduğunu, çatışmayan ləvazimatınsa bir-iki günə həll ediləcəyini deyir. Onun sözlərinə görə, ayboyu xəstəxanaya 7-8 min pasiyent üz tutur. Baş həkimin müavini indi sığortalananların öncə ailə həkiminin rəyini alacağını, o, göndəriş verərsə, stasionar müayinə və müalicəyə götürüləcəyini bildirir. Tibbi xidməthaqqını öz cibindən ödəmək istəyənlər birbaşa xəstəxanaya müraciət edə bilərlər.

Bəs ödənişli sistem necə işləyəcək? İlham Mayılov bunu hələ bilmədiyini söyləyir: “Biz heç vaxt ödənişli sistemdə işləməmişik, indi hər xidmətin öz qiyməti var”.

Buna da bax: Aztəminatlılar icbari tibbi sığorta ödənişindən azad olunur

Xidmətlər və qiymətlər

İcbari sığorta paketində adi doğuşun qiyməti 300 manat, qeysəriyyə yolu ilə doğuşsa 400 manatdır. Qiymətlər təkdöllü və çoxdöllü doğuşa görə dəyişir.

Dekabrın 28-də prezident icbari tibbi sığortanın əhatə etdiyi və etmədiyi tibbi xidmət siyahılarını təsdiqləyib. Məsələn, sığorta dərman və ya antibiotik dəri testini qarşılamır, amma agentliyin nəzdindəki müəssisələrdə 5 manat ödəyib bu analizi gerçəkləşdirmək olar.

İcbari tibbi sığortanın baza zərfinə daxil olan, ancaq İcbari Tibbi Sığorta Dövlət Agentliyinin nəzdinə verilməyən, tibb müəssisələrinin gerçəkləşdirə bilməyəcəyi xidmət və tariflər də açıqlanıb. Hazırda sözgedən agentliyə icbari tibbi sığortanın tətbiqinə pilot zona seçilən Yevlax və Mingəçevirdəki bəzi səhiyyə müəssisələri daxildir. İcbari tibbi sığorta qiymətləri də bu şəhərlərin sakinlərinə aiddir. Məsələn, sığortalanana çağrılan təcili tibbi yardım üçün şəhər içində 30 manat, şəhər kənarında (160 km civarında) 50 manat ödəniləcək. Agentlik ilkin səhiyyə xidmətində hər sığortalanana görə tibb müəssisəsinə illik 18 manat ödəyəcək. İxtisaslı həkim müayinəsi 8 manatdır. Ginekoloqun müayinəsinə və üstəgəl USM baxışına 8 manat müəyyənləşdirilib. Hamiləliyin USM ilə təyini 24 manatdır. Agentlik bəzi aorta koronar şuntlama (açıq ürək əməliyyatı) üçün klinikaya ağırlıq dərəcəsinə görə 4 min 720 – 6 min 320 manat ödəyəcək (ödənişin miqdarı ağırlıq dərəcəsinə görə dəyişir).

Buna da bax:​ 17 ildən sonra tibbi sığortaya start verildi - cəmi 2 rayonda [video]

Uşaqların və gündüz təhsil alan tələbələrin, hamilə qadın və təqaüdçülərin, eləcə də işsiz kimi rəsmi qeydiyyatdan keçənlərin icbari sığortasını dövlət, çalışan vətəndaşların sığortahaqqını isə özləri və işəgötürənlər ödəyəcək.

Sığortahaqqının məbləği hələ bilinmir

Sığortahaqqı hələ məlum deyil. İcbari tibbi sığorta haqqının - əhalinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödəyəcəyi məbləğ və onun hansı şəkildə toplanacağı qanunvericilikdə müvafiq dəyişikliklərdən sonra bilinəcək. Bunu AzadlıqRadiosu-na həmin agentliyin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib. Onun sözlərinə görə, Yevlax və Mingəçevirdə icbari tibbi sığortanın əhatə etdiyi müəssisələr agentliyin tərkibinə verilib. O, tibb personalının maaşının artacağını da söyləyir: “Onların indiki maaşı olduğu kimi qalacaq, ancaq xəstə sayına, göstərilən tibbi xidmətin keyfiyyəti və digər meyarlara dayanaraq, əlavələr - bonus hesablanacaq. Beləcə, son nəticədə maaşlar artacaq”.

Buna da bax: Xəstələnsən, nəyi sığorta ödəyəcək?

Aynurə Əhmədova deyir ki, sığortalı şəxs müayinə və müalicə, ö cümlədən əməliyyat həkimini özü seçə biləcək.

Aktual suallar

Bəs həmin xəstəxanaları tibbi avadanlıq və dərman preparatları ilə kim təmin edəcək? İcbari sığortası olmayan şəxslərə də pullu xidmət göstərəcək bu xəstəxanaların əldə etdiyi maliyyə necə xərclənəcək? Vətəndaşın özü icbari sığortahaqqı ödəyərsə, bu sistemdən yararlana biləcəkmi?

Aynurə Əhmədova bu sualları bayramdan sonra cavablayacaqlarını bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG