Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:51

Gürcüstanlılar alt paltarında pul keçirərkən saxlanıblar


Nağd dollarlar (arxiv fotosu)

Birmada (Myanmarda) iki gürcüstanlı ölkədən 90 min dolları nağd şəkildə çıxarmaq cəhdində şübhəli bilinərək saxlanıb.

Aprelin 22-də “Facebook” səhifəsində yerləşdirdiyi bəyanatda ölkənin ən böyük şəhəri olan Yangonun polis departamenti bildirib ki, həmin iki şəxs Yangon aeroportunda saxlanıblar, “alt paltarlarında” nağd pul tutulub.

Buna da bax:​ Gürcüstan: Avropaya doğru bir addım. Bəs sonra?

Hüquq mühafizə orqanları pulun aprelin 21-də valyutadəyişmə məntəqəsindən oğurlandığını güman edir.

Bəyanatda şübhəlilərin 64 yaşlı Janjgava Revas və 51 yaşlı Narmania Makhaz olduğu, ölkəyə turist vizasıyla gəldikləri qeyd edilir. Bildirilir ki, həmin şəxslər valyutadəyişmə məntəqəsinin işçisini pul dəyişmək istədiklərinə inandırıblar və işçi də pulu əlinə almamışdan həmin məbləği çıxarıb onlara verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG