Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 09:00

Assad:"İordaniya Suriyanın cənubuna ordu göndərə bilər"


Bashar al-Assad

Suriya prezidenti Bashar Assad bildirib ki, İordaniya ABŞ-ın razılığı ilə Suriyanın cənubuna ordu yeridə bilər.

Assad RİA Novostiyə müsahibəsində artıq bu barədə Dəməşqdə məlumat olduğunu deyib, özü də müxtəlif mənbələrdən.

“Bizdə belə bir informasiya var, ama İordaniya istənilən halda Suriya müharibəsinin əvvəlindən ABŞ-ın planına daxildir. Bu onların xoşuna gəlib-gəlməsə də onlar amerikalıların əmrinə tabe olmalıdırlar. İstənilən halda İordaniya müstəqil ölkə deyil və əgər amerikalılar İordaniyanın şimalından istifadə eləmək istəsələr, bunu edəcəklər. Planları, oyunçuları və İordaniyanın Suriya ilə bağlı istənilən təşəbbüsünü dəstəkləyənləri ABŞ müəyyən edir. Suriya müharibəsinin ilk günündən İordaniya və əlbəttə ki, Tükiyədən çoxlu terrorçular gəlir” deyə Assad bildirib.

Qeyd edək ki, İordaniya Suriya müharibəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərəfindədir.

Həmçinin Türkiyə dəfələrlə bəyan edib ki, Bashar Assad hakimiyyətdən getmədən Suriyada sülh mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG