Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:33

Böhtan və təhqirə görə cəza sərtləşdirilir


Milli Məclis

Cinayət Məcəlləsinə düzəlişlərin edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunub. Dəyişikliklər cərimələrin artırılmasını nəzərdə tutur. Məcəllənin 174 (böhtan) və 148-cı (təhqir) maddələrini əhatə edir.

147-ci maddənin 1-ci bəndində nəzərdə tutulan pozuntuya – digər şəxsin şərəfinə, ləyaqətinə toxunan, açıq çıxışlarda, KİV və internetdə onun reputasiyasını ləkələyən yalan məlumatlara görə 1000 manatdan 1500 manatadək cərimə müəyyən edilir. Hazırda bu hərəkətə görə cərimənin məbləği 100 manatdan 500 manata qədərdir.

148-ci maddədə isə cərimələrin 300-1000 manatdan 1000-1500 manatadək artırılması nəzərdə tutulur.

Milli Məclisdən «Turan» agentliyinə bildiriblər ki, sənəd aprelin 20-də baxılmaqdan ötrü müvafiq parlament komissiyalarına təqdim olunacaq. Aprelin 25-də plenar iclasa çıxarılacaq.

Layihədə Cinayət Məcəlləsinin 44-cü maddəsinə (cərimələr) də düzəlişlər təklif edilib. Bu, əmlaka görə zərərin ödənilməsindən ötrü cərimənin maksimum həcminin - törədilən cinayətin ağırlığı və mühakimə edilənin əmlak durumu nəzərə alınmaqla - iki dəfə - 10 min manatdan 20 min manatadək artırılmasını nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG