Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 08:55

'Şəffaflıq təşəbbüsündən çıxmaq kredit almaq problemi yaratmayıb'


Şahmar Mövsümov

“2013-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) Azərbaycana ikili standartların və qərəzli münasibətin gördük. Dəfələrlə demişdim ki, bu münasibət davam edərsə, Azərbaycan MSŞT-dən çıxacaq”.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) icraçı direktoru Şahmar Mövsümov bunu aprelin 18-də keçirdiyi mətbuat konfransında söyləyib.

Ş. Mövsümov Azərbaycanın 2003-cü ildən MSŞT qoşulduğunu, bu müddət ərzində bu çərçivədə 20-dən çox hesabat dərc edildiyini bildirib.

Buna da bax:​ QHT Koalisiyasında mədən şəffaflığı müzakirələri

Fond prezidenti deyib ki, MSŞT-dən çıxmaq Azərbaycanın kredit cəlb etməsinə problem yaratmayıb:

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində bütün mənbələrdən 2 milyard dollar vəsait cəlb edib:

“Dünya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnkişafı Bankı maliyyələşmə ehtiyaclarını təmin edib. Başqa sözlə, bu amilin Azərbaycanın kredit reytinqinə təsiri olmayıb”.

Buna da bax:​ Azərbaycan öz 'şəffaflığ'ını yaradır? [video]

MSŞT-yə qoşulmağa yenidən baxıla bilər

Ş. Mövsümov deyib ki, Azərbaycan heç də məlumatları gizlətmək məqsədi ilə MSŞT-dən çıxmayıb:

“Bu iddialar da əsassızdır. Çünki, bu ilin aprelin 5-də prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb”.

Fond prezidenti deyib ki, fərmana əsasən, Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb.

O, Azərbaycanın MSŞT-yə yenidən qoşula bilməsini də istisna etməyib:

“İkili standartlar sərgilənməsi dayandırılarsa, Azərbaycan təşkilata qoşulmaq məsələsinə baxa bilər”.

Buna da bax:​ Q.İbadoğlu: 'Bu öz-özünlə futbol oynamağa oxşayır'

Transfert tam həcmdə icra olunmaya bilər

Şahmar Mövsümov deyib ki, bu il ADNF-dən Mərkəzi Banka 7,5 mlrd. manat transfert edilməsi nəzərdə tutulur:

“Amma hesablamalarımız və proqnozlar göstərir ki, bu transfert tam həcmdə icra olunmayacaq".

O, deyib ki, Dövlət Neft Fondu makroiqtisadi sabitliyin təmin olunması məqsədi ilə Mərkəzi Banka (AMB) 2 mlrd. 279 mln. manat transfert edib.

Fondun aktivləri artıb

Şahmar Mövsümov bildirib ki, 2017-ci il aprelin 1-də Fondun aktivləri 33 mlrd. 207,2 mln. dollara bərabər olub.

Buna da bax: Azərbaycan hasilatda şəffaflıqla bağlı komissiya yaradır

Bu ilin əvvəlində isə 33 mlrd. 147 mln. dollar təşkil edib.

Xatırlatma

Martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumda fəaliyyəti dayandırılıb.

Qurumun yaydığı bəyanatda bildirilir ki, Azərbaycan onun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Buna da bax:​ Azərbaycanın itirilmiş şəffaflığı

Bundan sonra Azərbaycan özü qurumdan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG