Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:30

Azərbaycan öz 'şəffaflığ'ını yaradır? [video]


Azərbaycan yeni Şəffaflıq Komissiyası yaradır
Gözlə

No media source currently available

0:00 0:14:17 0:00

Azərbaycan yeni Şəffaflıq Komissiyası yaradır [A-Live]

Prezident İlham Əliyev sərəncam verib ki, hasilat sənayesində şəffaflığı təmin etmək üçün qurum yaradılsın - Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya.

Hökumət martın 10-da bu sahə üzrə beynəlxalq qurumdan - Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxmışdı. Həmin təşkilat Azərbaycandan insan haqlarının durumunun yaxşılaşdırmasını tələb edir, bu tələb yerinə yetirilməyəndə isə onun həmin təşkilatda üzvlüyü dondurulmuşdu.

Buna da bax:​ Azərbaycan hasilatda şəffaflıqla bağlı komissiya yaradır

Azərbaycanın əksər beynəlxalq təşkilatların hesabatlarında korrupsiyanın səviyyəsinə görə tənqid edilir. Məsələn, Beynəlxalq Şəffaflıq təşkilatının son hesabatına görə, 176 ölkə arasında 123-cü yerdədir. Bu halda, hökumətin öz komissiyası təbii sərvətlərdən gələn pulların istifadəsində şəffaflığını təmin edə biləcəkmi?

Bakıda sıravi vətəndaşların fikrini bilmək üçün adamlardan ayaqüstü soruşmuşuq ki, təbii sərvətlərdən gələn gəlirin istifadəsində hökumətə nə qədər inanırlar.

Təbii sərvətlərin idarəsi nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Şəffaflıq Təşəbbüsünün beynəlxalq idarə heyətinin üzvü, Qubad İbadoğlu deyir ki, Azərbaycan sanki özü ilə futbol oynayır, beynəlxalq təşkilatdan çıxıb özünə şəffaflıq komissiyası düzəldib. Onun sözlərinə görə, beynəlxalq təşəbbüs dinamikdir, onunla ayaqlaşmaq üçün içəridə olmaq və qaydalara uyğun fəaliyyət göstərmək lazımdır. Məsələn, beynəlxalq təşəbbüsün yeni tələblərindən biri mülkiyyət hüququnun açıqlanmasıdır.

“Bu sərəncamda da qeyd olunmayıb, mən düşünürəm ki, Azərbaycan mülkiyyət hüququnun açıqlanması ilə bağlı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tələblərinə əməl etməyəcək. Baxmayaraq ki, Azərbaycan keçən il bu standartı qəbul edib”.

Buna da bax:​ Q.İbadoğlu: 'Bu öz-özünlə futbol oynamağa oxşayır'

Valeh Ələsgərov
Valeh Ələsgərov

2012-ci ildə AzadlıqRadiosu-nun bir araşdırması üzə çıxarmışdı ki, Daşkəsəninin Çovdar qızıl yatağında işləmək üçün 2,5 milyard dollarlıq müqavilə qeyri-şəffaf prosedurla AIMROC adlanan konsorsiuma verilib, Sənədlər göstərmişdi ki, AIMROC əslində Panamada qeydiyyatdan keçmiş və prezident İlham Əliyevin qızlarıyla bağlı olan şirkətlərin nəzarətindədir.

Həmin vaxt Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin rəhbəri Valeh Ələsgərov Əliyev ailəsinin bu layihədə hansı marağının olması barədə suala cavabında demişdi- Ayıb olsun sizə!

Buna da bax:​ 'Şəffaflıq koalisiyası'nda nə baş verir?

Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsündən çıxanda narahatlıq var idi ki, ölkənin xaricdən kredit almağı çətinləşəcək, çünki beynəlxalq maliyyə təşkilatları bu qurumun hesabatlarına istinad edirlər.

Qubad İbadoğlu deyir ki, yerli komissiyanın xaricdən kredit almanın asanlaşdıracağını gözləmir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün siyasət və regional direktoru Dyveke Rogan deyir ki, qurum Azərbaycanın yerli komissiyası ilə hansısa formada əməkdaşlıq edə bilməz, amma Azərbaycan geri qayıtmaq istəsə, qapı üzünə açıqdır:

Buna da bax:​ Azərbaycanın itirilmiş şəffaflığı

“Hələ ki, belə bir təşəbbüs yoxdur. Belə anlayıram ki, hökumət neft və qaz gəlirlərini illik olaraq açıqlamaq istəyir. Amma bu, bu bizim qurumun standartları çərçivəsində olmayacaq. Normalda biz üzv ölkələrin hesabatlarının doğruluğunu yoxlayırıq, bizim standartlara uyğun gəlib-gəlmədiyini müəyyənləşdiririk. Amma bunu Azərbaycan üçün etməyəcəyik”.

Prezidentin sərəncamında isə deyilir ki, mədən sənayesində çalışan şirkətlərin yoxlanmasına audit qurumlar cəlb ediləcək, maliyyə şəffaflıq standartları tətbiq ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG