Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:16

Q.İbadoğlu: 'Bu öz-özünlə futbol oynamağa oxşayır'


Qubad İbadoğlu
Qubad İbadoğlu

«Prezident İlham Əliyevin «Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında» imzaladığı fərmanı şəffaflıq baxımından müsbət dəyərləndirirəm».

Bunu AzadlıqRadiosuna Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (HSŞT) Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu hesab edir ki, bu fərman Azərbaycan qurumun sıralarını tərk etməzdən öncə verilsəydi, mədən sənayesində şəffaflıq məsələsinə əlavə keyfiyyət qatardı: «Amma Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsündən (HSŞT) çıxandan sonra fərman verir. Həm də HSŞT-nin standartlarına əməl edəcəyini bildirir. Obrazlı desək, bu ona bənzəyir ki, Futbol Liqasını tərk edirsən, sonra turnir yaradıb futbol oynayacağını bildirirsən. Bu öz-özünlə futbol oynamaq kimi bir haldır».

***Buna da bax-Azərbaycan niyə iyul ayını gözləmədi? [video]

Q. İbadoğlu deyir ki, HSŞT ildə bir dəfə hesabat verməklə qane olmaz.

Azərbaycanın HSŞT-dən çıxmasının bu qurumda narahatlıq yaratdığını deyən Q.İbadoğlu vurğulayır ki, fərmanda standartlara riayət olunacağı haqda müddəalar bu narahatlığı aradan qaldırmağa yönəlib: «Amma düşünürəm ki, Azərbaycanın qurumda iştirakçı olaraq qalması daha səmərəli yol idi. Ölkə MSŞT-nin imkanlarından bəhrələnə bilərdi».

İ.Əliyev Neft Daşlarında.
İ.Əliyev Neft Daşlarında.

Q.İbadoğlu hesab edir ki, Azərbaycan MSŞT-yə qayıtmalıdır. Onun fikrincə, indiki vaxtda ölkəyə investisiyalar lazımdır. Bu qurumdan kənarda qalmaqla bunları əldə etmək mümkün deyil: «Odur ki, rəsmi Bakı qurumla bağlı, MSŞT-yə inteqrasiya mövqeyinə yenidən baxmalıdır».

XATIRLATMA

Prezident İlham Əliyev aprelin 5-də «Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzalayıb.

Bu il martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqota toplantısında Azərbaycanın bu qurumdakı fəaliyyəti dayandırılıb.

Qurumun yaydığı bəyanatda bildirilirdi ki, Azərbaycan onun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də, ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər də xəbərdarlıq edirdilər ki, bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

EITI-dəki fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan dərhal qurumdan çıxdığını bəyan etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG