Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 09:55

Azərbaycan niyə iyul ayını gözləmədi? [video]


Bəzi şərhçilər fikirləşir ki, bu, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən – EITI-dan çıxması, Azərbaycanın iqtisadi durumunu pisləşdirə bilər. Çünki özünün neft gəlirləri azalan hökumətin, bu qərardan sonra xaricdən kredit almaq imkanları da zəifləyə bilər.

Şəffaflıq Təşəbbüsü keçən ilin oktyabrında, Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi.

Martın 9-da isə Şəffaflıq təşəbbüsü elan etdi ki, Azərbaycan hökumətinin təşkilatdakı fəaliyyətini dayandırır və ona iyuna qədər vaxt verir. Çünki Azərbaycan öhdəliklərini yerinə yetirməyib.

Buna da bax:​ Azərbaycan Şəffaflıq Təşəbbüsündən çıxdı

Azərbaycandakı ReAl siyasi hərəkatının hazırda həbsdə olan sədri İlqar Məmmədov mədən sənayesində şəffaflıqla məşğul olan başqa bir qurumun - Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutu məşvərət şurasının üzvüdür.

Azərbaycana tövsiyə olunur ki, İlqar Məmmədovun və onun kimi "saxta ittihamlarla tutulmuş" şəxslərin azadlığa buraxılmasına şərait yaratsın.

Şahmar Mövsümov
Şahmar Mövsümov

Növbəti gün, martın 10-da, Neft Fondunun prezidenti Şahmar Mövsümov açıqlama verdi ki, Azərbaycanın təəssüflə qurumdan çıxdığını bəyan edir, bildirir ki, hökumət, Şəffaflıq Təşəbbüsünün qərarını ədalətsiz hesab edir:

«Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər».

Buna da bax:​ 'Azərbaycanla Mədən Şəffaflığının standartlarına uyğun davranın'

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib ki, Azərbaycanın qurumu tərk etməsi antimilli addımdır, bu qərar onu göstərir ki, Azərbaycan ciddi islahatlara hazır deyil, hökumət öhdəlik götürməkdə maraqlı deyil.

«O, islah olunmayacağını bilir. Və öz maraqlarını, rəqiblərinə, vətəndaş cəmiyyətinə divan tutmaq, repressiya apara bilmək üçün Azərbaycanı əlavə tribunalardan, müstəvilərdən, platformalardan məhrum edir».

Ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər olduğunu əsas gətirib fəaliyyətini dayandırmış qeyri-hökumət təşkilatı - Azad İqtisadiyyata Yardim İctimai Birliyinin sədri Zöhrab İsmayıl deyir ki, Azərbaycan hökumətinin bu qərarından sonra onun kredit reytinqi aşağı düşəcək, beynəlxalq nüfuzu azalacaq:

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

«Azərbaycan hökumətinin saymazyana şəkildə bu qurumdan çıxması ikiqat problem yaradacaq. Çünki fəaliyyətin dayandırılması əslində ölkənin bu prosesdə yenə də qalması idi. Əslində, Azərbaycan hökuməti əlavə vaxt udmuşdu. İyula kimi bu problemləri həll edə bilərdi. Hansı ki, iyulda dəyərləndirmə prosesi başlayacaqdı. Ancaq bizim hökumət bütün problemlərə bu cür yanaşır. Acıqla, kimlərisə təhdid etməklə və s».

Buna da bax: Sabit Bağırov: 'Bəzi dostlarımız bunu qəbul etmək istəmir'

Zöhrab İsmayıl deyir ki, Azərbaycan hökumətinə lobbiçilik edən ölkələrin işi daha da çətinləşəcək. Çünki indiyə qədər Azərbaycanın İETİ -da iştirakı onun şəffaflığını əsaslandırmaq üçün göstərici idi. İndi isə lobbiçilərin arqumentləri də zəifləyəcək.

MSŞT üzrə beynəlxalq idarə heyətində Avrasiya regionun nümayəndəsi Qubad İbadoğlu isə hesab edir ki, bu qurumu tərk etmək ölkədə onsuz da pis olan investisiya mühitini daha da pisləşdirə bilər. Bundan başqa ölkənin və mədən sənayesində fəaliyyət göstərən milli şirkətlərin kredit reytinqi aşağı salına, beynəlxalq maliyyə kredit təşkilatlarından borc almaq işi çətinləşə bilər.

«Bunlar birbaşa təsirlərdir. Çox şübhəsiz ki, şəffaflıq təşəbbüsündən kənarda qalmaq həm də digər vacib göstəricilərə korrupsiya qavrama indeksinə, açıq büdcə indeksinə, yaxşı idarəetmə göstəricilərinə və eyni zamanda da Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə neqativ təsir göstərə bilər. Unutmayaq ki, mayın 4-də Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsündə Azərbaycanın qeyri-fəal üzvlüyə salınmasının 1 ili başa çatır. Odur ki, bu təşkilat iyun ayında rəhbər komitənin toplantısında Azərbaycanla bağlı müzakirələrə aparacaq».

Buna da bax:​ 'Hökumətin qurumu tərk etməsi kredit reytinqinə təsir göstərəcək'

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü neft, qaz və mineral ehtiyatların idarə olunmasının qlobal standartını müəyyənləşdirir. Azərbaycan bu quruma 2005-ci ildə üzv olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG