Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:02

'Azərbaycanla Mədən Şəffaflığının standartlarına uyğun davranın'


Arxiv fotosu.

Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyası Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə beynəlxalq idarə heyətinə müraciət ünvanlayıb.

Sənəddə MSŞA QHT Koalisiyasının problemləri sadalanıb.

Müəlliflərə görə, Koalisiya üzvü olan 30-dək QHT dövlət qeydiyyatına alınmayıb, 2014-ci ildə imzalanmış 12 qrant layihəsi icra edilməmiş qalıb.

Problemlər qalır...

“4 üzv səfərlərə gedib-qayıdarkən yoxlamalara məruz qalır, 2 üzv təşkilatın üzərindən əsassız vergi cəriməsi götürülməyib. 3 üzv təşkilatın bank hesabındakı vəsaiti Vergilər Nazirliyi məlumat vermədən silib”.

Buna da bax:​ EITI rəhbərinin Bakı səfəri dəyişiklik gətirməlidir – HRW

Sənəddə qurum üzvü olan 4 nəfərin qanunsuz həbsdə olduğu qeyd olunub.

Müəlliflər vurğulayır ki, hökumət Dövlət Neft Fondu vasitəsilə Koalisiyanın daxili işlərinə müdaxilə edir.

Qanunvericilikdəki məhdudlaşdırıcı dəyişikliklər...

“Koalisiya Şurası 2017- ci ilə aid Çoxtərəfli Qrupa yeni üzvlər seçsə də, onlara fəaliyyət imkanları yaradılmayıb. Rəsmi müraciət olunsa da, MSŞT üzrə Hökumət Komissiyasının sədri Şura üzvləri ilə müzakirələr aparmayıb. QHT-lərə Dövlət Dəstəyi Şurası Koalisiyaya institusional və proqram dəstəyinin təmin edilməsi ilə bağlı 15000 manat vəsait ayrılmasına dair qərar qəbul edilib. Sonradan bu müqaviləni şura birtərəfli qaydada ləğv edib”, sənəddə yazılır.

Müəlliflər vurğulayırlar ki, qanunvericilikdə xarici donorların qrant vermə hüququnun əldə olunması və qrantların qeydiyyatı prosedurlarında texniki sadələşdirilmə edilsə də, ciddi dəyişiklik edilməyib.

Buna da bax: Sabit Bağırov: 'Bəzi dostlarımız bunu qəbul etmək istəmir'

Müəlliflər hesab edirlər ki, qanunvericilikdə məhdudlaşdırıcı dəyişikliklər qaldıqca, müsbət dəyişiklik olmayacaq.

Sənəddə xatırladılır ki, Ədliyyə Nazirliyinin QHT-lərin fəaliyyətinin öyrənilməsi haqda qaydaları hökumətə geniş müdaxilə imkanları verir.

MSŞA Koalisiyası EITI İdarə Heyətini Azərbaycana münasibətdə qurumun standartlarına uyğun davranmağa çağırıb.

Xatırlatma

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) martın 8-də Azərbaycanın öhdəliklərini müzakirə edəcək. Ötən il oktyabrın 26-da MSŞT üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edir ki, əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

Buna da bax:​ ‘Mədən Şəffaflığı’ rəhbərliyi vətəndaş cəmiyyəti ilə görüşüb

MSŞT 14 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb. Həmin vaxt bu addım Azərbaycanda Koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.

Ancaq rəsmilər Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasına təzyiqlərlə bağlı deyilənləri qəbul etmirlər. Onlar əksinə hesab edirlər ki, bəzi Koalisiya üzvləri müxalif mövqedən çıxış edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG