Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:37

‘Mədən Şəffaflığı’ rəhbərliyi vətəndaş cəmiyyəti ilə görüşüb


Fredrik Reinfeldt

Bu gün, fevralın 1-də vətəndaş cəmiyyəti nümayəndələri Bakıda səfərdə olan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (ingiliscə EITI) İdarə Heyətinin sədri Frederik Reynfeldt (Fredrik Reinfeldt) və qurumun beynəlxalq katibliyin sədri Jonas Moberq-lə (Jonas Moberg) görüşüblər.

Görüş iştirakçıları bildiriblər ki, əsas müzakirə mövzusu Azərbaycanda vətəndaş cəmiyyətinin, QHT-lərin durumu, bu sahəni tənzimləyən qanunvericilik mexanizmlərinin beynəlxalq ölçülərə uyğunlaşması olub.

Buna da bax:​ 'Mədən Şəffaflığı'nın üzvü polisdə sorğu-sual edilib

Frederik Reynfeldt və Jonas Moberq vətəndaş cəmiyyəti nümayəndələrini ölkə başçısı İlham Əliyevlə keçirdikləri görüşün məzmunu barədə bilgiləndiriblər. Onlar ölkə başçısının EITI çərçivəsində fəaliyyət göstərən təşkilatların problemlərinin aradan qaldırılması istiqamətində addımların atıldığını, görülməsi vacib işlərin həyata keçirilməsinə hazır olduğunu söylədiyini qeyd ediblər.

Görüş iştirakçıları öz növbələrində 2015-ci ilin oktyabr ayında EITI-ın o dönəm rəhbəri olan Clare Short-un da Azərbaycana səfər etməsini, həmin vaxt da oxşar vədlərin verildiyini xatırladıblar. Onlar ötən müddət ərzində QHT-lərin hüquqi durumu ilə bağlı fundamental irəliləyişin olmadığını bildiriblər.

Buna da bax: Yerli QHT-lər MHŞT sədrindən kömək istəyir

Görüşdə vətəndaş cəmiyyətinin, QHT-lərin durumunun yaxşılaşdırılması, fəaliyyət imkanlarını daraldan qanunvericiliyin inkişaf etdirilməsi yolları müzakirə olunub.

EITI İdarə Heyətinin sədri Frederik Reynfeldt və qurumun beynəlxalq katibliyin sədri Jonas Moberq günün birinci hissəsi prezident İlham Əliyevin də qəbulunda olmuşdular.

XATIRLATMA

EITI şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklədiyi könüllü təşəbbüsdür. O, neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Buna da bax:​ ‘Mədən Şəffaflığı’ tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə

Azərbaycan EITI prosesinə 2003-cü ildə qoşulub. EITI 13 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb.

O zaman qurum qərarını vətəndaş cəmiyyətinə basqılarla əlaqələndirərək, durumun yaxşılaşdırılmasının zəruriliyini bəyan etmişdi.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərini yenidən qiymətləndirmiş və ölkəni namizəd statusunda saxlamışdı.

Buna da bax: SOCAR-ın sosial xərcləri və 'büdcədən yan ötməklə maliyyələşdirmə' [araşdırma]

Həmin qərarla İdarə Heyəti hökumətə növbəti iclasa qədər islahedici tədbirlər planı təqdim etmişdi.

EITI-nin beynəlxalq İdarə Heyətinin növbəti toplantısının martın 8-də keçirilməsi planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG