Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:27

'Hökumətin qurumu tərk etməsi kredit reytinqinə təsir göstərəcək'


EITI. eiti.org/countries screenshot. 10mart2017

“Əlbəttə, Azərbaycanın orda qalması çox vacib idi. Ora ciddi və nüfuzlu təşkilatdır, üstəlik, beynəlxalq maliyyə qurumları ilə ciddi şəkildə işləyir. Buna görə də hökumətin qurumu tərk etməsi müəyyən mənada kredit reytinqinə təsir göstərəcək”.

“Mən Azərbaycanın MSŞT-dən çıxmasının tərəfdarı deyildim”, - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov AzadlıqRadiosu-na belə deyir.

Vahid Əhmədov
Vahid Əhmədov

– Vahid bəy, sizcə, bu addımın Azərbaycana hansı ziyanı dəyə bilər?

– Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT-yə) ilk qoşulanlardan olub. Bu təşkilat hətta Azərbaycan Dövlət Neft Fondunu şəffaf işlədiyinə görə mükafatlandırmışdı. Amma son vaxtlar MSŞT ilə ölkə arasında problemlər yaşanmağa başladı, müəyyən iradlar səsləndi. Bu, Azərbaycan üçün yaxşı əlamət deyil. Amma belə götürəndə, ciddi problem də deyil. Görünür, Azərbaycana təklifləri var və ola bilsin, o təkliflər qəbul edilsin, sonra da üzərində işlənilsin.

Buna da bax:​ Ə.Kərimli: 'Bu, əsl antimilli fəaliyyətdir'

– Amma Azərbaycan artıq qurumu tərk etdiyini bəyan edib...

– Düzdür, Azərbaycan qurumdan çıxdı, amma ola bilsin, müəyyən müddətdən sonra dəvət olunsun. Ancaq Azərbaycan üçün elə ciddi problem də deyil bu. Düzdür, beynəlxalq maliyyə qurumları bu məsələlərə diqqət yetirirlər, xüsusən investisiya yatırımı olanda. Bu, kredit reytinqlərinə də təsir edəcək, çünki maliyyə qurumları kredit verəndə, belə məsələləri nəzərdən keçirirlər. Yenə deyirəm, ciddi problem deyil. Hərçənd, bu qurumda qalsaydıq, daha yaxşı olardı.

– Belə fikirlər var ki, Azərbaycan hakimiyyəti qurumdan çıxmamalı, qoyulan tələbləri yerinə yetirməliydi. Siz necə düşünürsünüz?

– Mən Mədən Sənayesi Şəffafliği Təşəbbüsündən çıxmağın tərəfdarı deyildim. Biri-iki dəfə bu barədə mətbuatda da demişəm. Azərbaycan orda həmişə yüksək səviyyədə təmsil olunub, dediyim kimi, mükafat da alıb. Amma son vaxtlar nələrsə baş verirdi, o haqda məlumatım yoxdur. Əlbəttə, Azərbaycanın orda qalması çox vacib idi, bu, ciddi və nüfuzlu təşkilatdır, üstəlik, beynəlxalq maliyyə qurumları ilə ciddi şəkildə işləyir. Buna görə də hökumətin qurumu tərk etməsi müəyyən mənada kredit reytinqinə təsir göstərəcək.

Buna da bax: Azərbaycan Şəffaflıq Təşəbbüsündən çıxdı

Xatırlatma

Martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (ingiliscə qısaltması - EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumdakı fəaliyyəti dayandırılıb.

Qurumun yaydığı bəyanatda bildirilir ki, Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər də xəbərdarlıq edirdilər ki, bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG