Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 03:49

«Əvvəla, Azərbaycan hökumətinin insan haqlarına, demokratik prinsiplərə biganə münasibətinin, aparılan repressiyaların nəticəsidir ki, Azərbaycanın böyük bir platformada fəaliyyəti dayandırıldı».

AXCP sədri Əli Kərimli Azərbaycanın MSŞT-ni tərk etməsi ilə bağlı qərarına münasibət bildirərkən belə söyləyir. O, AzadlıqRadiosuna siyasi hakimiyyətin belə bir addım atacağından öncədən xəbərləri olduğunu da bildirir:

Buna da bax-Azərbaycan Şəffaflıq Təşəbbüsündən çıxdı

«Görünən budur ki, Azərbaycanın müzakirələr zamanı koalisiyanı tərk etmək barədə şantajı, təhdidi işə yaramayıb. Bu gün belə bir addımın atılması onu göstərir ki, Azərbaycan hər hansı ciddi islahatlara hazır deyil, hökumət vətəndaş cəmiyyətinə, siyasi rəqiblərinə beynəlxalq standartlara yaxın şərait yaratmaqda, üzərinə hər hansı öhdəlik götürməkdə maraqlı deyil. O, islah olunmayacağını bilir. Və öz maraqlarını, rəqiblərinə, vətəndaş cəmiyyətinə divan tutmaq, repressiya apara bilmək üçün Azərbaycanı əlavə tribunalardan, müstəvilərdən, platformalardan məhrum edir».

Ə.Kərimli Azərbaycanı bu quruma martın 9-da daxil olan Ermənistanla müqayisə edir: «Ermənistan üzərinə qoyulan bütün öhdəlikləri götürərək, o cümlədən işğal edilmiş Dağlıq Qarabağla bağlı heç bir məlumatı hesabatına daxil etməyəcəyi haqda öhdəlik götürərək bu platformaya qoşulmağa nail olur. Amma Azərbaycan böyük bir platformanı tərk edir, ölkənin imicini, maraqlarını düşünmür. Bax, bu, əsl antimilli fəaliyyətdir, şəxsi maraqları, hikkələri dövlət maraqlarından üstün tutmaqdır».

İlham Şaban
İlham Şaban

İlham Şaban: «Ölkəyə təzyiqlər artacaq»

«Azərbaycan MSŞT-ni tərk edirsə, bu, şirkətlərin kredit reytinqinə mənfi təsir göstərəcək. Bundan başqa, beynəlxalq hesabatlarda Azərbaycanda şəffaflıqla, vətəndaş cəmiyyətinin durumuyla bağlı tənqidlər çoxalacaq, tənqidlər daha çılpaq və qabarıq olacaq, nəticədə ölkəyə təzyiqlər artacaq». Bunu enerji məsələləri üzrə ekspert İlham Şaban deyir.

O ki qaldı bu addımın mədən hasilatı sahəsində şəffaflıq məsələsinə təsirinə, ekspert bu sahədə ciddi dəyişiklik gözləmir. İ.Şabanın sözlərinə görə, indiyədək də verilən hesabatlar, açıqlanan rəqəmlər «mücərrəd» idi: «Şirkətlər də, hökumət də nə qazandıqlarını, nə ödədiklərini açıqlayırdı. Əslində, bunlar quru, mücərrəd rəqəmləriydi, o cəmiyyətə, KİV-lərə heç nə demirdi. Tutalım, filan şirkət deyirdi ki, mən bir milyon barrel neft satıb hökumətə 15 milyon dollar vermişəm. Desəydi ki, 20 milyon dollar verib, bu cəmiyyət üçün nə ifadə edəcəkdi? Yaxud Azərbaycandakı QHT-lərə nəsə deyəcəkdimi? Bu, ancaq tək-tük təhlilçiyə nəsə deyir. Amma «Global Energy»nin hər yataqdan nə qədər neft hasil etdiyi açıqlanmırdı. Bundan sonra da açıqlanmayacaq. Yəni, mədən hasilatı şəffaflığında nəsə dəyişməyəcək».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG