Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:30

Azərbaycan hasilatda şəffaflıqla bağlı komissiya yaradır


Azərbaycanın EITI-da statusu (eiti.org).

Bu gün, aprelin 5-də prezident İlham Əliyev "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb.

Sənəddə yazılır ki, məqsəd hasilat sənayesində beynəlxalq şəffaflıq və hesabatlılıq prinsiplərinə Azərbaycanın sadiqliyini bir daha vurğulamaqdır. Habelə, yazıldığına görə, təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin vətəndaşlarının rifahından ötrü idarə edilməsinə davam ediləcək.

Buna da bax:​ Azərbaycanın itirilmiş şəffaflığı

Fərmanda Azərbaycanın şəffaflıqla bağlı ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verdiyi də vurğulanır. Xatırladılır ki, Azərbaycan zamanında “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə (EITI) qoşulub, 2009-cu ildə bununla bağlı beynəlxalq mükafata da layiq görülüb.

“Azərbaycan bu və ya digər beynəlxalq təşəbbüsə üzv olub-olmamasından asılı olmayaraq, hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəkləyir. Beynəlxalq standartların tətbiqini davam etdirmək əzmindədir”, sənəddə yazılır.

Buna da bax:​ ‘Mədən Şəffaflığı’ tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə

Sənəddə vurğulanır ki, təbii ehtiyatlardan əldə olunan gəlirlərin idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir.

Fərman hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılmasını nəzərdə tutur.

Yeni yaradılacaq komissiyaya Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov sədrlik edəcək.

Komissiya Azərbaycanda hasilat sənayesi ilə bağlı beynəlxalq prinsiplərə riayət olunmasına nəzarət etməlidir.

Buna da bax:​ 'Şəffaflıq koalisiyası'nda nə baş verir?

Xatırlatma

Bu il martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (ingiliscə qısaltması - EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumdakı fəaliyyəti dayandırılıb.

Qurumun yaydığı bəyanatda bildirilirdi ki, Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Buna da bax:​ Doğrudanmı Azərbaycan istəsə xarici borcunu bir həftəyə qaytarar? [video]

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər də xəbərdarlıq edirdilər ki, bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

EITI-dəki fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan dərhal qurumdan çıxdığını bəyan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG