Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:33

'Şəffaflıq koalisiyası'nda nə baş verir?


«Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyasının yığıncağı - 2016
«Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyasının yığıncağı - 2016

«Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyası Şurası adından qurumun fevralın 2-də keçirilmiş iclasının qeyri-legitim olması ilə bağlı açıqlama yayılıb.

Açıqlamada qeyd edilir ki, bu il fevralın 2-də Mədən Sənayesində Şəffafıq Təşəbbüsü üzrə Çoxtərəfli Qrupun (ÇTQ) növbəti toplantısı olub. İclasa MSŞT üzrə Komissiyanın rəhbəri, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov sədrlik edib.

Açıqlamaya görə, hökumətdən vətəndaş cəmiyyəti, şirkətlərlə işləmək və MHŞT-nin tətbiqinə nəzarət etməkdən ötrü ÇTQ təşkil etmək tələb olunur.

Açıqlamada qeyd edilir ki, MHŞT-yə ÇTQ-nin üzvləri kimi cəlb edilən vətəndaş cəmiyyəti qrupları siyasət baxımından dövlət və ya şirkətlərdən azad olmalıdırlar.

Müəlliflərə görə, fevralın 2-də keçirilən ÇTQ iclasına yeni üzvlərlə yanaşı, səlahiyyət müddəti bitmiş keçmiş üzvlər də dəvət edilib. İki köhnə və altı yeni üzvün iştirakı ilə təşkil edilən iclasın gedişində əvvəlcədən üzvlərə göndərilən gündəliyin təsdiqinə Qrupun keçmiş üzvü Əliməmməd Nuriyev mane olub.

Buna da bax-Sabit Bağırov: 'Bəzi dostlarımız bunu qəbul etmək istəmir'

Açıqlamaya görə, iclasda sədr Şahmar Mövsümov ÇTQ üzvü olmayan kənar şəxsin iştirakına şərait yaradıb və onun təkidi ilə gündəlik dəyişdirilib.

Açıqlamada vurğulanır ki, iclasın belə şəraitdə keçirilməsi mümkünsüz olduğundan yeni seçilmiş Şura üzvləri oranı tərk ediblər. Beləliklə də ÇTQ-nin fevralın 2-də təşkil olunan iclası baş tutmamış sayılır.

Müəlliflər xatırladırlar ki, bu münasibət bu il martın 8-i və 9-da Boqotada keçiriləcək MSŞT üzrə Beynəlxalq İdarə heyətinin iclasında Azərbaycanın mövqeyini daha da zəiflədir.

Bundan irəli gələrək sənəd müəllifləri seçilmiş təmsilçilərin ÇTQ-də fəaliyyətinə və mövqelərinin nəzərə alınmasına şərait yaradılmasını tələb edirlər.

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Ə.NURİYEV: «QRUP MARAĞI İFADƏ EDİRLƏR»

Açıqlamada adı çəkilən Əliməmməd Nuriyevin isə deməsinə görə, hazırda 11 nəfərdən ibarət Koalisiya Şurası parçalanmış durumdadır: «Bir tərəfdə Qubad İbadoğlu və tərəfdarları, digər tərəfdə isə 5 nəfər Şura üzvü. Həm də bu siyasətlə məşğul olan, öz maraqlarını güdən qrupdur. Özü də bu parçalanma indi baş verməyib .2016-cı il aprelin 30- da keçirilən iclasın sabahı günü baş verib».

Ə.Nuriyev deyir ki, bu qrupla hər hansı bir işi sona çatdırmaq mümkün olmur.

O vurğulayır ki, ümumi iş naminə dəfələrlə birgə fəaliyyətə çalışsalar da, bu baş tutmayıb: «Ona görə də, son iclasda gündəliyin onlar deyən kimi qəbul olunmasına razı olmamışam».

Buna da bax-Deputat 'QHT-lərin problemi yoxdu' deyir, QHT üzvü əksini

Ə.Nuriyev deyir ki, ÇTQ-un sədri Ş.Mövsümov Şurada mübahisə olduğundan məsələnin həlli naminə Koalisiyanın bütün üzvlərinin iştirakını vacib sayıb: «Bundan başqa da yol yoxdur. Şurada ikitirəlikdir, yeganə çıxış yolu bütün Koalisiya üzvlərinin iştirak etməsidir. Q.İbadoğlu bunu əvvəl qəbul etsə də, sonradan bunun əleyhinə çıxdı. Çünki, çoxluq bu qrupun əleyhinədir».

Ə.Nuriyev deyir ki, bu durumla bağlı Ş.Mövsümov fevralın 7-də bütün Koalisiya üzvlərini görüşə çağırıb.

XATIRLATMA

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (ingiliscə EITI) İdarə Heyətinin sədri Fredrik Reinfeldt və qurumun beynəlxalq katibliyin sədri Jonas Moberg bu günlər Azərbaycanda səfərdə olublar. Onlar həm prezidentlə, həm də Koalisiya üzvləri ilə görüşüblər.

EITI şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklədiyi könüllü təşəbbüsdür. O, neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Azərbaycan EITI prosesinə 2003-cü ildə qoşulub. EITI 13 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb.

O zaman qurum qərarını vətəndaş cəmiyyətinə basqılarla əlaqələndirərək, durumun yaxşılaşdırılmasının zəruriliyini bəyan etmişdi.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərini yenidən qiymətləndirmiş və ölkəni namizəd statusunda saxlamışdı.

Həmin qərarla İdarə Heyəti hökumətə növbəti iclasa qədər islahedici tədbirlər planı təqdim etmişdi.

EITI-nin beynəlxalq İdarə Heyətinin növbəti toplantısının martın 8-də keçirilməsi planlaşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG