Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 15:49

QHT Koalisiyasında mədən şəffaflığı müzakirələri


Qubad İbadoğlu

Bu gün, aprelin 10-da Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının 172-ci Şura iclası keçirilib.

Bu haqda koalisiya üzvlərindən Qubad İbadoğlu məlumat verib.

Toplantıda əsas müzakirə mövzusu MSŞT üzrə (EITI) Beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən son toplantısında Azərbaycanla bağlı verilmiş qərar olub.

Buna da bax:​ Azərbaycan öz 'şəffaflığ'ını yaradır? [video]

Koalisiya üzvləri hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı ölkə başçısının ötən həftə verdiyi fərmanı da müzakirə ediblər.

Toplantıda mayın 29-da QHT Koalisiyasının növbəti Ümumi Yığıncağının keçirilməsinə qərar verilib.

Xatırlatma

Martın 9-da Mədən Sənayesində Şəffaflığın Təşəbbüsü (ingiliscə qısaltması - EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumdakı fəaliyyəti dayandırılıb.

Buna da bax: Q.İbadoğlu: 'Bu öz-özünlə futbol oynamağa oxşayır'

Qurumun yaydığı bəyanatda bildirilirdi ki, Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi

EITI-dəki fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan qurumdan çıxdığını bəyan edib.

Buna da bax:​ Azərbaycanın EİTİ-dən çıxması niyə sensasiya olmadı?

Aprelin 5-də isə prezident İlham Əliyev "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb.

Həmin fərman hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə “Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılmasını nəzərdə tutur.

Onda koalisiya üzvlərindən Qubad İbadoğlu bunu öz-özünlə futbol oynama adlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG