Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:19

Bakının mərkəzində yollar 10 günlük bağlanır


Yollar bağlanıb (arxiv fotosu)

Aprelin 15-dən 23-ə kimi avtomobil yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Niyazi küçəsinin "Azneft" Meydanından İstiqlaliyyət küçəsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Bundan başqa, aprelin 14-ü saat 22.00-dan ertəsi gün səhər saatlarına qədər Nizami rayonunda Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə gedən körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Buna da bax:​ Bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq

Səməd Vurğun küçəsində də Zabitlər bağı və "Təzə bazar" istiqamətində hərəkətin məhdudlaşdırılacağı bildirilir.

Yol polisi sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Yolların təmiri və işarələrin boyanması bu il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə izah edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG