«Azəravtoyol» ASC Bakı şəhərində piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
ASC–dən verilən məlumata görə, bu işlər aprelin 14-ü axşam saatlarınadək Nizami rayonu, Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsünün üzərində aparılacaq.
Axşam saat 22:00-dan başlayaraq səhər saatlarına kimi isə rənglənmə işlərinin Nərimanov və Xətai rayonlarında aparılacağı bildirilir.
Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bununla bağlı paytaxtın küçələrində təmir və rənglənmə işləri aparılır.