Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 17:12

Biləsuvar polisi: 'Saxlanan olmayıb'


Sakinlər etiraz olaraq yolu bağlayıblar (arxiv fotosu).

«Biləsuvar rayonunda aksiyada saxlanan olmayıb və bu haqda yayılan xəbərlər həqiqətəuyğun deyil».

Bunu Biləsuvar rayon Polis Şöbəsindən bildiriblər.

Dünən, aprelin 5-də Biləsuvar rayonunda yerli sakinlərin etiraz aksiyası keçirdikləri bildirilirdi. Onların sosial yardımların verilməməsinə etiraz etdiyi söylənirdi.

Bu barədə adlarının çəkilməsini istəməyən yerli sakinlər də AzadlıqRadiosuna danışmışdılar.

Verilən xəbərə görə, etiraz edənlər əsasən Xırmandalı və Bəydilli kəndinin sakinləri olub. Onların Bakı-Astara yolunu bağladıqları da deyilirdi.

Üstəlik, yolun polis müdaxiləsi ilə açıldığı, aksiyada bir neçə nəfərin saxlandığı bildirilirdi.

Verilən xəbərlərdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının da aksiya iştirakçıları ilə görüşdüyü deyilirdi.

Məsələyə, hələlik, Biləsuvar rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG