Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:02

Həmsədrlər tərəfləri aqressiv ritorikadan çəkinməyə çağırır


Andrzej Kasprzyk.

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu qurumun sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk ilə birlikdə Bakı, Yerevan və Dağlıq Qarabağda olublar. Onlar səfərin yekunları ilə bağlı bəyanat yayıblar.

Bəyanatda qeyd edilir ki, səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədi və cəbhənin təmas xəttindən ətraflı məlumat əldə etmək olub.

Buna da bax:​ Həmsədrlər Xankəndidə olub

Habelə, 2016-cı il prezidentlərin Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmaların reallaşmasını müzakirə etmək, nizamlanma istiqamətində növbəti addımları nəzərdən keçirmək istəyiblər.

Həmsədrlər Azərbaycan, Ermənistanın prezident, xarici işlər nazirləri və Dağlıq Qarabağın separatçı hakimiyyəti ilə görüşüblər. Dağlıq Qarabağ ətrafında əraziyə baş çəkiblər.

ATƏT-in yaydığı məlumatda həmçinin, qeyd edilir ki, Danışıqlar zamanı həmsədrlər bu yaxınlarda cəbhə xəttində baş vermiş insidentlə bağlı narahatlığını bildirib, tərəfləri öz ritorika və hərəkətlərində təmkinli olmağa çağırıblar.

Buna da bax: 'Aprel döyüşlərindən sonra Bakının gözləntiləri özünü doğrultmadı'

Məlumatda vurğulanır ki, prezidentlər siyasi qərarlar yönündə danışıqlar prosesinin davam etdirilməsinə sadiq olduqlarını bəyan ediblər.

Həmsədrlər sənədə səfir Andrzej Kasprzyk missiyasının daim dəstəklənməsinin və genişləndirilməsinin vacibliyini bildiriblər.

Onlar qeyd ediblər ki, atəşkəs rejiminə əməl edilməsi gələcək danışıqlardan ötrü önəmli olan inam atmosferinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Həmsədrlər Minsk Qrupunun üzvlərini məlumatlandırmaqdan ötrü tezliklə Vyanaya yola düşəcəklər.

Buna da bax:​ Həmsədr:" Bu çox yaxşı plandır, amma detalları deyə bilmərəm

Xatırlatma

Həmsədrlər martın 11-də Bakıda, martın 27-də Yerevanda və martın 28-də Dağlıq Qarabağda olublar. Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Həmsədrlər Richard Hogland (ABŞ), İgor Popov (Rusiya) və Stefan Viskontidir (Fransa).

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax: Amerikalı həmsədr: 'Yüksək səviyyəli görüşün reallaşmasına çalışırıq'

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Prezidentlərin ötən il Vyana, Sankt-Peterburq sammitlərində münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların davam etməsi və ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk-in ofisinin genişləndirilməsi haqda razılıq əldə edildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG