Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 12:28

Həmsədrlər Xankəndidə olub


Bako Sahakyan və Andrzej Kasprzyk

ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi martın 28-də Xankəndidə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşüblər.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, görüşdə Qarabağ münaqişəsinin həlli və regiondakı son durum müzakirə olunub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Həmsədrlər Richard Hogland (ABŞ) , İgor Popov (Rusiya), Stefan Viskonti və ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk martın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandianla görüşüblər.

Onlar bundan əvvəl Bakıda da olublar.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf çoxlu itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Ara-sıra hər iki ölkədən bir-birlərinin ünvanına təhdidlər də eşidilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG