Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:31

Amerikalı həmsədr: 'Yüksək səviyyəli görüşün reallaşmasına çalışırıq'


 Richard E Hoagland, 25fevral 2014
Richard E Hoagland, 25fevral 2014

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır. Biz öz fəaliyyətimizi yüksək səviyyəli görüşün reallaşdırılmasına cəmləşdirmişik. Belə bir görüşün tezliklə baş verəcəyi təəssüratı yaratmaq istəməzdim, ancaq ümidvaram ki, görüş ən yaxın gələcəkdə baş tutacaq”.

Bu sözləri ATƏT-in Minsk qrupunun Bakıda səfərdə olan amerikalı həmsədri Richard E. Hoagland martın 11-də keçirdiyi mətbuat konfransında deyib.

O, prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərindən, uzun müzakirələr aparmalarından bəhs edib.

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşür, Bakı, 11 mart 2017
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşür, Bakı, 11 mart 2017

"Aprel döyüşlərinin ildönümü danışıqlar masasında qeyd olunmalıdır"

Richard E. Hoagland vurğulayıb ki, həmsədr ölkələr münaqişənin hərbi yolla həllini mümkün hesab etmirlər.

“Danışıqlar prosesinin davam etdirilməsi vacibdir. 2016-cı ildə yaşanmış aprel hadisələrinin ildönümü də məhz danışıqlar masasında qeyd olunmalıdır”, deyən həmsədr Azərbaycandan sonra səfər edəcəkləri Ermənistanda da münaqişənmin tənzimlənməsi ilə bağlı eyni mesajları verəcəklərini qeyd edib.

Richard E. Hoagland 25 il davam edən danışıqlar prosesinin nəticəsiz olması barədə jurnalistlərin sualına cavabında qeyd edib ki, müharibənin davam etdirilməsinin qarşısı alınıb.

“Ola bilsin ki, 25 ildə nəticə olmasın. Ancaq bu müddətdə müharibənin qarşısını alan fəal diplomatik addımlar atılıb. Həm də diplomatik fəaliyyətin məqsədi həll üçün uyğun mühitin yaradılmasıdır. Həmsədr ölkələr münaqişə tərəfləri siyasi iradə sərgiləyənədək səylərini davam etdirəcək”.

Həmsədr münaqişə edən ölkələrin ritorikasının hərbi məzmunlu olmasına diqqət çəkərkən, bu riktorikanın daha çox daxili ictimai rəyə yönəlik olduğunu ifadə edib.

"PROSES GEDİR"

“Başa düşürük ki, çətindir. Ancaq proses gedir” – bunu Bakıda ATƏT-in Minsk qrupunun Fransalı həmsədri Stephane Visconti azərbaycanlı jurnalistlərə deyib:

"Bildiyiniz kimi sizin prezident bazar ertəsi Parisə yola düşür. Çərşənbə axşamı Fransa prezidenti FrancoisHollande ilə görüşəcək. Bu onu göstərir ki, Fransa, Rusiya, ABŞ münaqişənin tənzimlənməsi üçün birlikdə işləyir. Başa düşürük ki, çətindir, ancaq proses gedir."

Rusiyalı həmsədr İqor Popov isə deyir ki, Sankt Peterburqda və ondan əvvəl Vyanada əldə olunmuş razılaşmalar icra olunmalıdır

ATƏT-in Minsk qrupu həmsədrləri martın 11-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər. Görüşdə nələr müzakirə olundu?

Jurnalistlərin bu sualına Rusiyalı həmsədr İqor Popov belə cavab verdi:

"Biz danışıqlar prosesi ilə bağlı məsələləri müzakirə etdik, danışıqlar amasaında ola biləcək ideyaları nəzərdən keçirdik, təmas xəttindəki vəziyyətə toxunduq. Görüləcək işlərin alqoritmini müəyyənləşdirdik."

Həmsədrlər Bakıda sonra Yerevana gedəcəklər. Ermənistan rəhbərliyi ilə danışıqlar gələn həftə olacaq.

Minsk Qrupu: "Çətindir, ancaq proses gedir"
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG