Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Həmsədr:" Bu çox yaxşı plandır, amma detalları deyə bilmərəm


Amerikalı həmsədr Richard Hoagland
Amerikalı həmsədr Richard Hoagland

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, bunu martın 27-də Yerevanda jurnalistlərə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Richard Hogland deyib.

Həmsədr bildirib ki, məqsəd prezidentlərin görüşünə hazırlıq görməkdir və ümid edirik ki, bu məqsədlə yaxın gələcəkdə Moskva və ya ola bilsin ki, başqa yerdə nazirlərin görüşü olacaq.

Richard Hogland qeyd edib ki, həmsədrlər Yerevandan Xankəndinə yollanacaq və artıq sülh danışıqlarını bərpa etmək vaxtıdır.

“Biz, bu uzun münaqişənin güc yolu ilə həllinə yol verə bilmərik. Zorakılıq cavab deyil, o ailələri dağıdır, təsərrüfatlara ziyan vurur.Buna görə də ən müsbət həll tapmaq lazımdır”, deyə həmsədr bildirib.

Hogland kütləvi informasiya vasitələrində tez-tez “Lavrovun planı” kimi hallanan varianta da toxunub.

“Biz onu “Lavrovun planı” adlandırmırıq, amma sözsüz, danışıqlar masasında plan var. Bu hərtərəfli plandır, 3 hissədən ibarətdir, amma detalları desəm düzgün olmazdı, çünki danışıqlarda iştirak edən hər iki tərəf müxtəlif aspektlər üzərində işləməlidirlər.” Hogland deyib.​

AzadlıqRadiosu Ermənistan xidmətinin bu planın Rusiyanın təşəbbüsü olub-olmaması ilə bağlısualına gəldikdə isə Hogland deyib ki, bu suala cavab vermək çətindir: “Bu illər ərzində bir neçə həll planı ilə tanış olmuşam.Hazırda stolda olan plan əvvəlki planlardan köklü şəkildə fərqlənmir. Bu planın müəllifinə gəldikdə isə şərh vermək fikrində deyiləm.Amma deyə bilərəm ki, bu çox yaxşı plandır və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. ATƏT, həmsədrlər və həmsədr ölkələr bu planı qəbul edib”, deyə Hogland bildirib.

Danışıqlar masasında olan planın Azərbaycan və Ermənistan üçün qəbuledilən olub-olmamasına gəldikdə isə Hogland qeyd edib ki, hər iki tərəf planda nə nəzərdə tutulduğunu aydın başa düşür. “Bu o demək deyil ki, onlar planla razılaşıblar. Stolda olan plan çox detallı, aydındır və əminəm ki, bütün tərəflərin rəhbərlikləri planın məzmununu bilirlər”, deyə amerikalı həmsədr vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Həmsədrlər Richard Hogland (ABŞ) , İgor Popov (Rusiya) və Stefan Viskonti martın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandianla görüşüblər.

Həmsədrlər yerevanda, 27 Mart, 2017
Həmsədrlər yerevanda, 27 Mart, 2017

Həmsədrlər bundan əvvəl Bakıda da olublar.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf çoxlu itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Ara-sıra hər iki ölkədən bir-birlərinin ünvanına təhdidlər də eşidilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG