Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 18:12

'Aprel döyüşlərindən sonra Bakının gözləntiləri özünü doğrultmadı'


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

“Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məktubunu oxuduqdan sonra çox təəccübləndim. Bu, müəllifin peşəkarlıq problemidir. Oradakı “Bişkek protokolu atəşkəs rejimi üçün hüquqi əsasdır” sözləri elə təəssürat yaradır ki, sanki müəllif bu ifadəni Ermənistan XİN-in bəyanatından və ya “V.Kazimirovun dəftərxanasından” köçürüb”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov XİN-in Ermənistanın Dağlıq Qarabağda təlimlər keçirməsi və bu ölkənin prezidentinin Azərbaycan əleyhinə bəyanatı ilə əlaqədar ATƏT strukturlarına göndərdiyi məktubu şərh edərkən belə deyib.

Buna da bax:​ XİN Serzh Sargsianı pislədi

Keçmiş nazir qeyd edib ki, XİN-in bəyanatı 3 hissədən ibarət olmalıdır. Orda bəyanatın mövzusu olan vəziyyət aydın təsvir edilməli, ölkənin mövqeyi və beynəlxalq hüquq normaları kontekstində hadisə qiymətləndirilməlidir. Eləcə də çağırış və ya tələb ifadə olunmalıdır.

Ermənistan prezidentinin “İsgəndər” raketlərindən istifadənin mümkünlüyü ilə bağlı hədələrinə gəlincə, T.Zülfüqarov deyib ki, onun bəyanatında sülhə və kompromisə çağırış olmayıb.

“Erməni ritorikası sərtləşib. Ötən ilin avqustundan Yerevanın yeni silahları nümayiş etdirdiyi vaxtdan danışıqlar aparılmır, ATƏT-in Minsk Qrupu isə danışıqlar prosesini imitasiya edir ”, - T.Zülfüqarov bildirib.

Buna da bax:​ Ohanyan:"Aprel döyüşlərində orduda yanacaq problemi olmayıb"

XİN-in sözü yoxdur, ya da nə demək lazım olduğunu başa düşmür

Keçmiş nazir ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin danışıqlar prosesində yeni yanaşmalarla bağlı martın 28-də Ermənistan mediasında yayılan bəyanatına da toxunub.

“Danışıqlarda yeni heç nə təklif edilə bilməz. Bütün variantlar müzakirə edilib və “masa” üzərindədir. Biz daim Ermənistan tərəfdən informasiya sızdığını görürük. Bura “Madrid Prinsipləri”ni açıqlayan keçmiş amerikalı həmsədrin məlumatları da daxildir. Biz isə əmrə müntəzir əsgər kimi bütün qaydaları yerinə yetiririk. Halbuki, Azərbaycana sərfəli qaydaları yerinə yetirmək lazımdır. Ya XİN-in sözü yoxdur, ya da nə demək lazım olduğunu başa düşmür”, - keçmiş nazir qeyd edib.

Buna da bax:​ Ekspert: «Ermənistan itirdiyi mövqeləri geri almaq istəyir»

T.Zülfüqarov vurğulayıb ki, Azərbaycanda Qarabağ məsələsi ilə peşəkarcasına və daim məşğul olan struktur yoxdur. Eləcə də aparılan danışıqlara dair hesabat yoxdur.

Aprel döyüşlərindən sonra

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2016-cı ilin aprel döyüşlərindən sonrakı duruma toxunan keçmiş nazirə görə, rəsmi Bakının gözləntiləri özünü doğrultmayıb.

“ATƏT-in Minsk Qrupu fəallaşmadı. Əksinə, Yerevana “İsgəndər” raketləri göndərməklə Ermənistanı yeni silahla təchiz etdilər. Sonda region müharibəyə ötən ildə olduğundan daha yaxın oldu. Bundan isə öz çevrəsindəki əleyhdarlarından yaxasını qurtaran Serzh Sargsian qazandı”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG