Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Ohanyan:"Aprel döyüşlərində orduda yanacaq problemi olmayıb"


Seyran Ohanyan, Ermənistanın keçmiş müdafiə naziri
Seyran Ohanyan, Ermənistanın keçmiş müdafiə naziri

“2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunda yanacaq problemi olmayıb, komandanlıqdan belə bir məlumat daxil olmayıb”.

Bunu AzadlıqRadiosunun Ermənistan xidmətinə Ermənistanın keçmiş müdafiə naziri, hazırda qarşıdan gələn parlament seçkisinə birgə gedən ”Ohanyan-Raffi-Oskanyan” blokunun üzvü Seyran Ohanyan deyib.

Mənbənin martın 3-də yazdığına görə, baş nazir Karen Karapetyan deyib ki, ötən ilin aprelində Dağlıq Qarabağda gedən döyüşlər zamanı yanacaq keyfiyyətsiz olub və nəticədə texnika işləməyib.

Karen Karapetyan
Karen Karapetyan

Ohanyansa buna cavab olaraq deyib ki, onun bildiyi qədər baş nazirin dedikləri indiki yanacağa aiddir və keyfiyyətin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür, aprel döyüşləri zamanı orduda belə bir problem olmayıb.

Ohanyan bir daha qeyd edib ki, aprel döyüşləri zamanı dizel yanacağı ilə bağlı heç bir qıtlıq, problem olmayıb və əgər onlarda belə bir informasiya varsa müvafiq istintaq aparılması və bu barədə ictimaiyyətə açıqlama verilməsini təkid edirəm.

Xatırladaq ki, 2016-cı il aprelin 2-dən 5-dək Dağlıq Qarabağda qoşunların təmas xəttində gedən hərbi əməliyyatlar zamanı hər iki tərəfdən onlarla hərbçi həlak olub.

Azərbaycan tərəfi həmin əməliyyatlar zamanı işğal altında olan bəzi strateji yüksəklikləri azad etdiyini bildirir. Aprelin 5-də tərəflər Moskvada Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı yenidən razılığa gəliblər.

Dağlıq Qarabağda təmas xətti . 7 aprel. 2016-cı il.
Dağlıq Qarabağda təmas xətti . 7 aprel. 2016-cı il.

Tərəflər həmin toqquşmaya görə hələ də bir-birlərini günahlandırır və qarşı tərəfin daha çox itki verdiyini deyirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Ekspert: "Ermənistan itirdiyi mövqeləri geri almaq istəyir".Buna da bax.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG