Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:31

Fransalı rusiyapərəst namizəd Kremldə Putinlə görüşüb


Marine Le Pen və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin martın 24-də Moskvada Fransa prezidentliyinə namizəd, qatı-sağçı siyasətçi Marine Le Pen-lə görüşüb.

Bu barədə AzadlıqRadiosu İnterfaks agentliyinə istinadla xəbər verir.

Putin görüşdə deyib ki, Rusiya heç bir halda dünyada baş verən hadisələr və ya Fransada qarşıdan gələn prezident seçkilərinə təsir göstərmək fikrində deyil, amma istənilən siyasi qüvvənin lideri ilə görüşmək haqqı var.

Le Pen bundan əvvəl Dövlət Dümasının xarici əlaqələr komitəsində çıxışında iki ölkə arasında daha sıx əlaqələr qurmağa , strateji və iqtisadi əməkdaşlığa və Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırıb.

O, bildirib ki, hazırda gözlərimiz önündə yeni dünya formalaşır və məhz qloballaşma və islam fundamentalizmi kimi iki böyük problemlə üzləşirik.

Aprelin 23-də Fransada prezident seçkisinin birinci mərhələsi, mayın 7-də isə ikinci mərhələsi keçiriləcək.

Le Pen Rusiyameyilli siyasətçi kimi tanınır.

Qeyd edək ki, Le Pen ölkəsində korrupsiya qalmaqalı ilə üzləşib.

Buna da bax. Bundan başqa Avropa Parlamenti onu deputat toxunulmazlığından məhrum edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG