Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 09:00

REAL Hərəkatının həbsdə olan fəalı Rahim Şaliyevə ailə üzvləri ilə əlaqə saxlamağa icazə verilmir və ona evdən gətirilən ərzaq sovqatı da qəbul olunmur. Gənc fəalın vəkili Yalçın İmanov AzadlıqRadiosu-na belə deyib.

Fevralın 20-də həbs edilən Rahim Şalıyev Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır. Vəkil deyir ki, əvvəlcə onun ailə üzvləri ilə əlaqə saxlamasından ötrü “Tac kart” adlanan danışıq kartının lazım olduğu bildirilib. Həmin kart təcridxanaya çatdırılsa da, o ailə üzvləriylə yenə danışa bilməyib.

Buna da bax:​ REAL-çı gənc azadlığa buraxılmadı

“Telefon xarab olub...”

Yalçın İmanov bunun səbəbini araşdırmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edib. İdarədən bildirilib ki, “telefon xarab olub, Daxili İşlər Nazirliyindən gəlib nasazlığı aradan qaldırandan sonra problem həllini tapacaq”.

Ailənin gətirdiyi sovqatın niyə qəbul olunmamasına gəlincə, deyilib ki, indən belə gətirsinlər, qəbul edib Şalıyevə çatdıracaqlar.

“Göründüyü kimi, heç bir əsas və tutarlı səbəb olmadan Rahim Şalıyevin hüquqlarını məhdudlaşdırırlar. Görünür, bu cür məhdudiyyətlərlə ona daha çox əziyyət verməyə çalışırlar”, - vəkil belə düşünür.

Buna da bax:​ Bir həftədə 19 fəal həbs edilib

Xatırlatma

Rahim Şaliyev REAL Hərəkatının Sumqayıt Məclisinin fəalıdır. O, bloqqerdir və bir neçə yerli xəbər portalı ilə əməkdaşlıq edir.

Fevralın 20-də Sumqayıt şəhər Məhkəməsi Rahim Şaliyevə inzibati qaydada 30 gün həbs cəzası kəsib. O, küçədə telefonla danışarkən, söyüş söyüb xırda xuliqanlıq etməkdə, eləcə də onu intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinib. Apellyasiya məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Buna da bax:​ 'Həbsdəki REAL-çının səhhəti pisləşib'

İttihamla razılaşmayan Rahim Şalıyev deyir ki, onu küçədə saxlamayıblar, gəlib evdən aparıblar. “Facebook” sosial şəbəkəsində tənqidi paylaşımlarına, siyasi baxışlarına görə saxta ittihamla cəzalandırıldığını söyləyən REAL-çı fəal həbs olunarkən, Sumqayıt Şəhər Polis İdarəsində işgəncələrə məruz qaldığını bildirib.

Hələlik, nə Sumqayıt polisinin, nə də Daxili İşlər Nazirliyinin bu açıqlamaya reaksiyasını öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG