Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 04:20

REAL Hərəkatının həbsdəki fəalı Rahim Şaliyevin apellyasiya şikayəti təmin edilməyib.

Qərarı Sumqayıt Apellyasiya Məhkəməsi fevralın 27-də çıxarıb.

Məhkəmə heyəti müdafiə tərəfinin bir neçə vəsatətini təmin etməyib. Gənc fəalın vəkillərindən Yalçın İmanov təmin olunmayan vəsatətlərin işin obyektiv araşdırılması baxımından mühüm olduğunu deyib.

O, hesab edib ki, məhkəmə təhqiqatı səthi aparılıb. Bu isə belə nəticəyə gəlməyə imkan verir ki, R.Şaliyev heç bir qanun pozuntusu törətməyib.

Buna da bax:​ 3 dəqiqəyə 30 sutka almış REAL-çıya işgəncə verildiyi bildirilir

Vəkilin deməsinə görə, məhkəmədə R.Şaliyevin əleyhinə polis əməkdaşları ifadə veriblər. Həmin ifadələrdə ziddiyyətlər olub.

Məhkəmədə fəalın bacısı Lalə Şaliyevanın ifadəsi də dinlənilib. O, qardaşının küçədə xuliqanlıq etməsi ilə bağlı polisin versiyasını inkar edib.

“Günorta evə gələrkən polislərin qardaşımın ardınca gəldiyini gördüm. Protokolda isə polislər yazıblar ki, R.Şaliyev saat 12.40-da küçədə “Manas” mağazasının yaxınlığında bərkdən söyüş söyərkən saxlanıb”, gənc fəalın bacısı məhkəmədə deyib.

Buna da bax: 'Həbsdəki REAL-çının səhhəti pisləşib'

Müdafiə tərəfi R.Şalıyevin həbsini və məhkəmənin qərarını əsassız, elementar insan hüquqlarının pozuntusu hesab edir.

R.Şaliyevin işi üzrə yerli məhkəmə qərarlarından Avropa İnsan Hüquqlarına Məhkəməsinə şikayət ediləcək.

Xatırlatma

R.Şaliyev REAL Hərəkatının Sumqayıt Məclisinin fəalıdır. O, bloqqerdir və bir neçə yerli xəbər portalı ilə əməkdaşlıq edir.

Buna da bax:​ Bir həftədə 19 fəal həbs edilib

Fevralın 20-də Sumqayıt şəhər Məhkəməsi Rahim Şaliyevə inzibati qaydada 30 sutka həbs verib. Fəal xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinib.

Üstəlik vəkil Yalçın İmanov bir neçə gün öncə Rahim Şaliyevə istinadən, onun polisdə işgəncələrə məruz qaldığını açıqlayıb. Vəkilin bildirməsinə görə, hətta işgəncə yerlərini sadə müayinə ilə də üzə çıxarmaq mümkündür. Yalçın İmanov qeyd edirdi ki, işgəncələrdən sonra gəncdə ağrılar yaranıb. Ancaq, istər Sumqayıt polisindən, istərsə də Daxili İşlər Nazirliyindən, hələlik, bu açıqlamaya münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG