Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 15:40

Ermənistanda müdafiə xərcləri 2017-ci ilin yanvarında ötən ilin eyni dövrü ilə müqaisədə 21,7 % artırılaraq 11,6 milyard drama çatıb.

Bu barədə martın 9-da Ermənistanın PanArmenian.Net saytı ölkənin milli statistika komitəsinə istinadla məlumat yayıb.

Mənbənin yazdığına görə, 2016-cı ilin yanvarında müdafiə sahəsinə 9,5 milyard dram ayrılmışdı.

Ermənistan milli statistika xidmətinin məlumatına görə, yanvarda müdafiə xərcləri büdcənin 19,7%-ni təşkil edib ki, bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqaisədə 17,9% idi.

Mənbənin yazdığına görə, 2017-ci ildə Ermənistanın hərbi büdcəsi 209,755.268.400 dram-təxminən 439,7 milyon dollardır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG