Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:58

Cəbhəçi gənc polisə çağırılıb


Polis

AXCP Beyləqan rayon şöbəsinin fəalı Ayət İsmayıl polisdən çıxıb.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Onun deməsinə görə, gəncdən ifadə alınıb. Ancaq ifadənin detalları və nədən polisə çağırıldığı haqda gənc danışmaq istəməyib.

Gəncin çağırılma səbəbi ilə bağlı Beyləqan rayon Polis Şöbəsindən də məlumat almaq mümkün olmayıb.

+++

AXCP Beyləqan təşkilatının gənc fəalı Ayət İsmayıl martın 6-da evindən polisə aparılıb. Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib. Gəncin özü də martın 6-sı axşam saatlarında Facebook-da polisə aparıldığını yazırdı. O, qısa məlumatında şərləndiyini qeyd edirdi

G.Bayramlı isə deyib ki, A.İsmayıl martın 6-sı axşam saatlarında saxlandıqdan bir qədər sonra evə buraxılıb: «Amma ondan martın 7-də yenidən Beyləqan rayon Polis Şöbəsinə gəlməsi tələb edilib. İndi polisdədir. Hələ ki, polisdən çıxması barədə hər hansı informasiya almamışıq».

Məsələyə, hələlik, Beyləqan rayon Polis Şöbəsindən də münasibət almaq mümkün olmayıb. Gəncin nədə ittiham edildiyi açıqlanmır.

Hüquq müdafiəçiləri bildirir ki, son həftələr ölkədə 40-a yaxın fəal polisə aparılıb. Onlardan bir neçəsi haqda cinayət işi açılıb, qalanları isə inzibati qaydada həbs cəzaları alıblar.

AXCP-nin isə hazırda 10-a yaxın üzvü həbsdədir. Partiya onların siyasi sifarişlə, şərlənərək həbs edildiyini bəyan edib. Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG