Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:21

Müəllif Hüquqları Agentliyi qismən pullu fəaliyyətə keçir


İlham Əliyev sənəd imzalayır.

Müəllif Hüquqları Agentliyinin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaq.

Agentliyin martın 3-ü ictimaiyyətə açıqlamasında belə yazılır.

Açıqlamada qeyd edilir ki, prezident ötən il noyabrın 24-ü “Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Buna da bax:​ ‘Hökumət ictimai xidmətlərə xərcləri azaldır’

Bu fərmana uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanının statusuna malik Müəllif Hüquqları Agentliyinin əsasında “Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bu qurumun nizamnaməsini dövlət başçısı təsdiq edənə və o qeydiyyata keçənə qədər agentlik dövlət orqanı kimi fəaliyyət göstərəcək.

Qeyd edilir ki, Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən ötrü tam hüquqi baza formalaşmayıb.

Açıqlamada vurğulanır ki, pullu xidmətlər agentliyin tənzimləməsi və nəzarəti nəticəsində əqli mülkiyyət hüquqlarından gəlir götürən kommersiya fəaliyyətli hüquqi şəxslərə şamil ediləcək.

Buna da bax: Bulvar da publik olacaq, bəs sonra?

“Agentliyin yerinə yetirdiyi bir sıra vəzifə və funksiyalar O, publik hüquqi şəxs kimi fəaliyyətə başlayandan sonra da eyni qaydada davam etdiriləcək ”. - deyə bildirilir

Açıqlamaya görə, agentlik əqli mülkiyyət nümunələrinin qorunması işini davam etdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG