Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:08

Əsgər Elvin Əhmədov həlak olub.

Bu barədə Müdafiə Nazirliyi fevralın 28-də məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələri ilə döyüş toqquşmasında yaralanan əsgər Elvin Əhmədov hərbi tibb müəssisəsinə çatdırılıb. Ancaq bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq, aldığı həyatla uzlaşmayan yara səbəbindən vəfat edib.

Müdafiə Nazirliyi bundan əvvəl, fevralın 27-də də döyüş meydanında həlak olan 5 Azərbaycan hərbiçisinin nəşinin beynəlxalq təşkilatların vasitəçiliyi ilə təxliyə edilməsi ilə bağlı məlumat yaymışdı. Onların fevralın 24-dən 25-nə keçən gecə həlak olduqları bildirilirdi.

Ancaq nazirliyin həmin məlumatında Azərbaycanın əlavə itkilərinin olub-olmaması barədə heç nə deyilmirdi. Yaralıların ümumi sayı da açıqlanmır.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Son günlər isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG