Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 04:26

Gənc fəalın polisdə döyüldüyü deyilir


Sumqayıt şəhər Polis İdarəsi

Gənc fəal, D18 Hərəkatının həbsdəki üzvü Qadir Ağakişiyevin polisdə döyüldüyü bildirilir.

Bu haqda D18 Hərəkatı məlumat yayıb.

Məlumatda bildirilir ki, vəkili Fariz Namazlı bu gün, fevralın 27-də Q.Ağakişiyevlə görüşə bilib. Gənc fəal vəkilinə saxlanılıb həbs edilməsinin detallarını danışıb.

Buna da bax:​ Gənc fəalla görüşə icazə verilmir

Məlumatda qeyd edilir ki, gəncin bildirməsinə görə, onu fevralın 20-də Sumqayıt şəhər İcra Hakimiyyətinə çağırıblar. Ancaq orda 4 mülki geyimli şəxs onu şəhər polis idarəsinə aparıb. Gəncin idarədə döyüldüyü bildirilir.

Hərəkatın məlumatında qeyd edilir ki, Q.Ağakişiyevi polisdə 5-6 nəfər döyüb, zorla polisin qanuni tələbinə məhəl qoymaması haqda izahata qol çəkdiriblər.

Gənc hazırda Sumqayıt şəhər Polis İdarəsində müvəqqəti saxlama yerində saxlanılır.

Vəkili Q.Ağakişiyevin döyülməsi ilə bağlı Ombudsmana müraciət edəcəyini bildirib.

Buna da bax: Gənc fəal azadlığa buraxılmadı

Bu açıqlamaya, hələlik, Sumqayıt polisindən və Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb.

Son vaxtlar polis və təcridxanalarda müxalifətçilərə, müstəqil fəallara, inanclı insanlara işgəncələr verilməsi ilə bağlı şikayətlər artır. Ancaq bir qayda olaraq DİN belə şikayətləri qəbul etmir, bunu polisə böhtan kimi dəyərləndirirlər.

Xatırlatma

Qadir Ağakişiyevi fevralın 20-də Sumqayıt polisi saxlayıb.

Buna da bax:​ Bir həftədə 19 fəal həbs edilib

Sumqayıt şəhər Məhkəməsi onu polisin qanuni tələbinə tabe olmamaqda günahkar sayaraq 30 sutka inzibati həbsə məhkum etmişdi.

Sonra isə Sumqayıt Apellyasiya Məhkəməsi gənc fəalın şikayətini rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG