Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 15:31

Gənc fəalla görüşə icazə verilmir


D18-nin lideri Ruslan İzzətli

Gənc fəal, D18 Hərəkatın həbsdəki üzvü Qadir Ağakişiyevlə görüşə icazı verilmir.

Bu haqda D18 Hərəkatın sədri Ruslan İzzətli bildirib .

Onun deməsinə görə, vəkili bir neçə dəfə müraciət etsə də, gənc fəalla görüşməsinə icazə verməyiblər.

İşgəncə verilməsindən narahatlıq

“Qadir Ağakişiyev fevralın 20-dən həbsdə olmasına baxmayaraq, vəkili ilə görüşünə icazə verilmir. Biz də onun durumundan narahatıq, görüşmək istərdik, ancaq çox təəssüf ki, Sumqayıt Şəhər Polis İdarəsi görüşün qarşısını alır”, deyən təşkilat rəhbəri Qadir Ağakişiyevin incidilə biləcəyindən narahatlıqlarını dilə gətirib.

“Görüş vermirlər. Bu da ona qarşı işgəncə tətbiq edilməsi düşüncəsini yaradır”, deyən R.İzzətli Ombudsman Aparatına müraciət edəcəklərini bildirib.

Sumqayıt Şəhər Polis İdarəsindən həbsdəki gənc fəalın durumu ilə bağlı bilgi almaq mümkün olmayıb.

Qadir Ağakişiyevi fevralın 20-də Sumqayıt polisi saxlayıb.

Sumqayıt şəhər Məhkəməsi onu polisin qanuni tələbinə tabe olmamaqda günahkar sayaraq 30 sutka inzibati həbsə məhkum etmişdi.

Bir gün əvvəl isə Sumqayıt Apellyasiya Məhkəməsi gənc fəalın şikayətini rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG