Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 04:37

Bu gün, fevralın 24-ü Sumqayıt Apellyasiya Məhkəməsi gənc fəal, D18 Hərəkatın üzvü olduğu bildirilən Qadir Ağakişiyevi azadlığa buraxmayıb.

Sumqayıt şəhər Məhkəməsinin inzibati qaydada həbs etdiyi gənc fəalın apellyasiya şikayətində onun azadlığa buraxılması istənilirdi. Şikayətdə qeyd olunurdu ki, gənc fəalın polisin qanuni tələbinə tabe olmamasında günahlandırılmasına əsaslar olmayıb. Onu sosial şəbəkələrdəki tənqidi yazılarına görə saxlayıblar.

Buna da bax:​ Gənc fəal: 'İş tapıb cəriməni ödəməsəm...'

Ancaq hakim Fərmayıl Zeynallı apellyasiya şikayətinin tələbinin əsaslı olmadığı qənaətinə gələrək Sumqayıt şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qadir Ağakişiyevi fevralın 20-də Sumqayıt polisi saxlayıb.

Sumqayıt şəhər Məhkəməsi onu polisin qanuni tələbinə tabe olmamaqda günahkar sayaraq 30 sutka inzibati həbsə məhkum etmişdi.

Buna da bax: 3 dəqiqəyə 30 sutka almış REAL-çıya işgəncə verildiyi bildirilir

Son günlər 10-a yaxın müxalif mövqeli gənc polisə müqavimət ittihamı ilə inzibati qaydada cəzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG