Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:04

Fevralın 24-ü Sumqayıt Apellyasiya Məhkəməsində REAL Hərəkatının üzvü Rahim Şaliyevin inzibati həbsindən verilmiş şikayətə baxılmasına başlanıb.

Prosesdə Rahim Şaliyevin iştirakı məhkəmə təqdimatı olmadığına görə, təmin olunmayıb. Bu səbəbdən müdafiə tərəfi prosesin təxirə salınmasını xahiş edib.

Bundan başqa müdafiə tərəfi məhkəməyə bir neçə vəsatət də təqdim edib.

Buna da bax:​ REAL fəalının saxlandığı bildirilir

Hakim Nazim Mövsümov onların bir neçəsini - inzibati protokolu tərtib edən, ittiham aktını yazan polis əməkdaşlarının prosesə gəlməsi, şahidin dindirilməsi və R.Şaliyevin məhkəmədə iştirakı barədə olanları təmin edib.

REAL üzvünün vəkillərindən Yalçın İmanov məhkəmədə R.Şaliyevdən izahatın təzyiq altında alındığını bildirib. O, əlavə edib ki, Şaliyev Sumqayıt şəhər Polis İdarəsində işgəncələrə və pis rəftara məruz qalıb.

Məhkəmə prosesi fevralın 27-də saat 12:00-da davam edəcək.

Buna da bax: 3 dəqiqəyə 30 sutka almış REAL-çıya işgəncə verildiyi bildirilir

Vəkil Yalçın İmanov bir neçə gün bundan öncə də müdafiə etdiyi gəncə istinadən onun Sumqayıt polisində işgəncəyə məruz qalması ilə bağlı ictimaiyyətə açıqlama vermişdi. Ancaq, hələlik, bu açıqlamaya Sumqayıt polisindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

R.Şaliyev REAL Hərəkatının Sumqayıt Məclisinin fəalıdır. O, bloqqerdir və bir neçə yerli xəbər portalı ilə əməkdaşlıq edir.

Fevralın 20-də Sumqayıt şəhər Məhkəməsi Rahim Şaliyevə inzibati qaydada 30 sutka həbs verib. Fəal xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG