Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 04:48

REAL fəalının saxlandığı bildirilir


Rahim Şaliyev

REAL Hərəkatının Sumqayıt təşkilatının fəalı, bloqqer Rahim Şaliyevin fevralın 20-də saxlandığı deyilir. Onu Sumqayıt polisinin saxladığı bildirilir.

Bu haqda hərəkatdan məlumat veriblər.

Məlumatda bildirilir ki, R.Şaliyev Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət edilib. Onu oradan Sumqayıt Baş Polis İdarəsinə aparıblar.

Hərəkatın məlumatına görə, R.Şaliyevə polisin qanuni tələbinə tabe olmamaq ittihamı irəli sürülüb və o, yaxın saatlarda məhkəməyə göndəriləcək.

«Rahim Şaliyevə qarşı irəli sürülən ittiham absurddur. Hesab edirik ki, o, siyasi fəaliyyətinə görə cəzalandırılır», - REAL-ın Sumqayıt Məclisi bildirir.

Polis idarəsindən bu barədə məlumat almaq mümkün olmayıb. Onlar bloqqerin saxlanması xəbərini təsdiq etməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG