Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 08:35

Hüquq müdafiəçisi T.Jagland-la görüşüb


Arzu Abdullayeva

Hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Strasburqda Avropa Şurasının baş katibi Thorbjørn Jagland-la görüşüb.

Bu barədə komitənin məlumatında bildirilir.

Fevralın 21-də keçirilmiş görüş zamanı Azərbaycanda insan haqlarının vəziyyəti, REAL Hərəkatının lideri İlqar Məmmədov və bəzi siyasi məhbus sayılan şəxslərin azad olunmasının vacibliyinin müzakirə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, siyasi partiyaların, QHT və KİV-lərin fəaliyyəti, toplaşmaq azadlığının məhdudlaşdırılması, vətəndaş cəmiyyətinin problemlərinin həlli yolları da nəzərdən keçirilib.

A.Abdullayeva həmçinin, siyasi məhbus sayılan şəxslər haqqındakı müxtəlif siyahılardan və onların səbəblərindən danışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG