Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 03:20

Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir


Dövlət Departamenti

«Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının fevralın 23-də Bakıda keçiriləcək 3-cü iclasında ABŞ da təmsil olunacaq.

İclasda ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Dunnigan təmsil edəcək.

ABŞ rəsmisi tədbirdən bir gün əvvəl Azərbaycana gəlməlidir.

«Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının 3-cü iclası fevralın 23-nə planlaşdırılıb.

Toplantıya Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, İtaliyanın iqtisadi inkişaf naziri Carlo Calenda və Yunanıstanın ətraf mühit və energetika naziri Giorgos Stathakis-in qatılacağı gözlənilir. Onlardan başqa, Bolqarıstanın energetika naziri Nikolay Pavlov, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobrović və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič də iclasda iştirak etməlidirlər.

«Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG