Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 11:17

Quba-Xınalıq yolunda da qar uçqunu olub


Xınalıq

Bu gün, fevralın 17-si Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

APA-nın xəbərinə görə, uçqun magistralın 37-ci kilometrliyində qeydə alınıb.

Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib.

«Azəravtoyol» ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.

Lerik rayonunda da qar uçqunu baş verdiyi bildirilir. Bu rayonda da bir neçə dağ kəndi ilə əlaqənin kəsildiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG