Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 09:23

Bakı Mühəndislik Universitetinin filologiya fakultəsi?


arxiv

Fevralın 16-dan keçmiş Qafqaz Universitetinin tələbələri yeni yaradılan Bakı Mühəndislik Universitetində təhsillərinin davamına başlayıblar. Təhsil Nazirliyindən yerli mediaya verilən məlumatda bildirilib ki, artıq təhvil-təslim prosesi yekunlaşıb və tədris prosesi başlayıb.

Qafqaz Universiteti daha çox humanitar universitet kimi ixtisaslaşmışdı. Amma universitetin birdən-birə texniki universitetə çevrilməsi bir çoxlarında təəccüb və çaşqınlıq yaradıb. Məsələn, Bakı Mühəndislik Universitetinin Filologiya və ya Şərqşünaslıq Fakültəsi. Qəribə səslənir, deyilmi?

Bundan başqa illərdir həmin universitetdə oxuyan və hər il minimum 2000 və ya maksimum 5000 AZN ödəmiş tələbələrin rəyi, fikri, istəyi bu prosesdə nəzərə alınıbmı? Tələbələrə başqa çıxış yolu və seçim imkanı verilibmi?

Keçmiş Qafqaz, indiki Bakı Mühəndislik Universitetinin 5-ci kurs tələbəsi Aliyə Ağazadə deyir ki, 5 il bundan əvvəl Qafqaz Universitetinə qəbul olunub, bu il isə Bakı Mühəndislik Universitetindən məzun olacaq.

Tələbə bunu qəribə adlandırır. Bundan başqa filologiya fakültəsinin tələbəsi olduğundan bu ixtisası heç cür mühəndislik universiteti və ya ixtisası ilə uyğunlaşdıra bilmədiyini də qeyd edir.

Aliyə Ağazadə: "filologiyanı heç cür mühəndislik universiteti ilə uyğunlaşdıra bilmirəm"
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00
Direct-ə keçid

Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, dünyada bütün universitetlər bir ixtisas kodu altında qeydiyyatdan keçirlər. Kamran Əsədov deyir ki, həmin standarta görə texniki universitet humanitar ixtisas üzrə mütəxəssis hazırlaya bilməz və ya əksinə.

Ekspert bildirir ki, hazırda həmin universitetdə xeyli humanitar ixtisaslar var. Onun sözlərinə görə həmin ixtisasların digər universitetlərə köçürülməsi ilə bağlı fikir olsa da, hələ ki qərar yoxdur. Kamran Əsədov qeyd edir ki, bu məsələdə günahkar dövlət yox, özəl universitetin yaradıcılarıdır.

Kamran Əsədov: "dünyada bütün universitetlər bir ixtisas kodu altında qeydiyyatdan keçirlər"
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00
Direct-ə keçid

Digər ekspert Məlahət Mürşüdlü deyir ki, universitetin adı dəyişdirilsə də, məzmun dəyişməyib. Ekspert bildirir ki, narahatlığa heç bir əsas yoxdur.

Onun sözlərinə görə humanitar ixtisaslar digər universitetlərə köçürülməlidir və tələbə qəbulu elanında artıq humanitar fakültələrin adına rast gəlməyəcəyik.

Məlahət Mürşüdlü: "universitetin adı dəyişdirilsə də, məzmun dəyişməyib"
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid

XATIRLATMA

1993-cü ildə fəaliyyətə başlayan Qafqaz Universitetinin ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi.

Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.

Bu il yanvarın 18-də isə Qafqaz Universiteti ləğv olunduğunu elan edib.

Yanvarın 30-da da Təhsil Nazirliyində növbədənkənar kollegiyada Qafqaz Universitetinin tələbələrinin Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsinə qərar verilib.

Həmin qərarın Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin müraciəti əsasında verildiyi bildirilirdi.

Tələbələr isə Qafqaz Universitetinin bazasında yeni bir təhsil müəssisəsinin yaradılmasını və orada təhsil almalarını istəyirdilər. Bundan ötrü prezidentə müraciət də göndərmişdilər.

Fethullah Gülen ötən il Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı isə Türkiyə rəsmilərinin bu iddialarını rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG