Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 19:19

Azərbaycanın xarici dövlət borcu kəskin artıb


Dollar

Azərbaycanın xarici dövlət borcu 9 milyard dolları keçib.

Bu barədə məlumat Mərkəzi Bankın (MB) Pul Siyasəti İcmalında qeyd edilib.

Sənəddə vurğulanır ki, 2016-cı ilin sonuna strateji valyuta ehtiyatları 37.6 milyard ABŞ dolları olub. Bu da xarici dövlət borcunu 4.1 dəfə üstələyib.

Bu isə ötən ilin sonuna Azərbaycanın xarici dövlət borcunun 9 milyard 17 milyon dollara çatdığı anlamına gəlir.

Xarici dövlət borcu ilə bağlı ən son rəsmi məlumat ötən ilin oktyabrın 1-də yayılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, həmin vaxta xarici dövlət borcu 7 milyard 650.7 milyon ABŞ dolları təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG