Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:14

Bu filmdə gələcəyi tamaşaçılar müəyyən edir - Dünyanın ilk interaktiv filmi...


Rejissor Tobias Weberin çəkdiyi "Gecə oyunları" filmindən bir səhnə.
Rejissor Tobias Weberin çəkdiyi "Gecə oyunları" filmindən bir səhnə.

İsveçrədə “Gecə oyunu” adlı bədii film istehsal olunub. Sözügedən film dünyada ilk interaktiv bədii filmdir.

İnteraktiv kino texnologiyası tamamilə yenidi və yarım ilə yaxındı yaranıb. İlk dəfə sonuncu Kann festivalında təqdim olunub. Hələlik yalnız bir filmin – “Gecə oyunu”nun üzərində sınaqdan keçirilib.

Başqa filmlərdən fərqli olaraq, “Gecə oyunu” filminə baxmağa gələnlər zala girəndə nəzarətçilər onlardan israrla smartfonlarını, qadjetlərini açıq saxlamağı, üstəlik xüsusi proqram əlavəsi (app) yükləməyi xahiş edirlər –onsuz bu filmi izləməyə gəlmək mənasızdır. Hərçənd istəyən kənardan tamaşaçıların reaksiyasına baxmaqdan ötrü zala girə bilər. Bunun özü də ayrı bir kinodu.

İşıq sönür və film başlayır.

“Gecə oyunu” normal kinodur. Əsl operatorun çəkdiyi, işıqçıların işığını qurduğu,musiqili, aktyorlu və digər atributları ilə tamhüquqlu filmdi.
Əsas qəhrəman Mett maşın dayanacağında gözətçi işləyir. Hər gecə ərazini gözdən keçirəndən sonra öz şüşə otağına gəlir və monitorlara nəzarət eləyir. Bir gün sarışın və cazibədar bir xanım peyda olur və maşınlardan birinin açarını istəyir.

Tamaşaçı yavaş-yavaş süjeti anlayıb həyəcanlanmağa başlayanda... Ekranın aşağısında və əlində tutduğu telefondaiki düymə peyda olur: “Razılaşsın”- “Razılaşmasın”. Tamaşaçının düşünmək üçün beş saniyəsi var. Həmin müddətdə qəhrəmanlar öz aralarında danışmağa davam edirlər, ekranda hərəkət bir saniyə belə dayanmır. Tamaşaçı öz variantını seçir. Həmin andan etibarən filmin süjeti zalın səsverməsinin nəticələrindən asılı olur.
Əslində bu format təzə kəşf olunmayıb. Hələ keçən XX əsrin ortalarında keçirilən kinoreferendumlarda müəyyən anlarda filmi dayandırırdılar və rejissor çıxıb tamaşaçılardan bundan sonra nə görmək istədiklərini soruşurdu.Ya da oturacaqlara xüsusi düymələr birləşdirilirdi. Auditoriyanını seçimindən asılı olaraq aparata bu və ya digər hissə salınırdı. Yəni tamaşaçını prosesı cəlb etmək ideyası hər zaman olub, lakin nə qədər ki, filmlər lentə çəkilirdi, bu ideya tamamlanmamış qalırdı. Rəqəmsal texnologiya və internet onun təkmilləşməsinə meydan açdı.

Tobies Weberin çəkdiyi "Gecə oyunu" filminin treyleri.

“Gecə oyunu” filmini və süjetini üç nəfər fikirləşib tapıb: Rejissor Tobias Weber (bu film Weberin həm də tammetrajlı kinoda debütüdü), ssenarist Michael Robert Johnson və prodüser Baptiste Planche. Filmin yaradıcıları tvkinoradio.ru saytına verdikləri müsahibədə yeni format və texnologiyanın iş prinsipləri və istehsalat prosesi haqqında danışırlar.

Rejissor “belə bir texnologiyadan istifadə etmələrinə nə səbəb oldu” sualına belə cavab verir:

-Yəqin ki, mənim üçün əsas ilham mənbəyi kompyuter oyunları olub. Uşaqlıqda mən tez-tez elə kitablar oxuyurdum ki, ordasüjetə özüm təsir eləyə bilərdim. Müəyyən bir məqama çatırsan və kitabda yazılır: qəhrəmanın filan şeyi eləməyini istəyirsənsə,filan səhifəyə get; başqa bir şey olmağını istəyirsənsə, o biri səhifəni aç.

Buna da bax: Bütün filmlərində öz həyatını oynayan Takeshi Kitano kinoda necə yaşayır...


“CtrlMovie” şirkətinin başçısı, prodüser Baptiste Planche:

-Hər birimiz nə vaxtsa rejissor, ya da ssenaristin süjet həllindən narazı qalmışıq. Zalda oturursunuz və fikirləşirsiniz ki, mən başqa cür eləyərdim. Biz də elə bir format fikirləşdik ki, tamaşaçıya süjetin istiqamətini özü seçmək imkanı versin. Hər variant, orta hesabla, 75-90 dəqiqə davam edir. Tamaşaçının seçdiyi versiyadan asılı olaraq. Yekun nümayiş üçün, təxminən, 250 dəqiqəlik material çəkilib və montaj edilib. Çəkilişlərə iki il sərf olunub. “Gecə oyunu” üçün 7 final nəzərdə tutulub, baş qəhrəmanın ölməyinin, həbs olunmasının bir neçə variantı var, amma happy-end bircə dənədi.

-Yəqin, sizin öz sevdiyiniz final da var, hə?

T.W. – mənim baş qəhrəmanın sağ qaldığı finaldan xoşum gəlir, ancaq o, bundan ötrü dostlarını satdığına görə bu finalı happy-end adlandırmaq çətindi. Çünki ondan sonra çoxlu xoşagəlməz nəticələr qalır.

- Birdən zalda səsvermə zamanı səslər bərabər olsa?

-Onda“rejissor versiyası” adlanan hissə göstəriləcək. Bu variantı da nəzərə almışıq, ancaq onu xüsusi olaraq heç kimə göstərmirik.

-Bəs səsvermə olmasa, film yenə maraqlı olacaq?

-Bəli, maraqlı film olacaq.


"Gecə oyunu" filmindən bir səhnə.
"Gecə oyunu" filmindən bir səhnə.

-İnteraktiv filmin ssenarisi necə olur?

-T.W - O,klassik formalı ssenari ilə istiqamətləri göstərən oxlarla işarələnmiş ssenarinin sintezidir. Aktyorlar bu ssenarini görəndə, az qala, məni öldürürdülər.

-Bu formatın əsl kino olmadığını başa düşürsünüz? O, həm də sosiologiya ilə psixologiya arasındadı.

-B.P – Tamamilə haqlısınız. Bu - yeni və interaktv kollektiv nümayiş təcrübəsidir. Bu- elə bir şeydir ki, biz ona görə kinoteatra gedirik və filmi evdə izləməyi sevmirik.

Buna da bax: Rus hökumətinin mübarizə apardığı "Artdokfest" kino festivalı niyə önəmlidir...


-Son vaxtlar Rusiyada məktəblilər arasında sosial adaptasiya problemi yaranmağa başlayıb. Psixoterapiya məqsədilə seansalar təşkil eləmək barədə düşünmüsünüz?


-B.P – Ola bilsin ki, gələcəkdə bunu da elədik. Ancaq əvvəlcə əyləncəli kino çəkmək, daha çox insanı yeni texnologiya ilə tanış eləmək istəyirik. İstəyirik ki, tamaşaçılar onu qəbul eləsinlər və ona alışsınlar.
Əslində biz daima yeni nələrsə öyrənirik, başa düşürük ki, hələ araşdırılmamış texnologiya üçün yeni imkanlar və tətbiq sahələri var. Biz uşaqlar üçün təhsil platforması da daxil olmaqla ən müxtəlif variantları nəzərdən keçiririk.

-Bu formatın evdə izlənmək və fiziki daşıyıclarda yayılmaq imkanları barədə fikirləşmisiniz?

B.P - Bu, DVD və ya Blu-Rayda texnoloji olaraq mümkün deyil. Hazırda filmimizin smartfon, planşet və SmartTv-də nümayişi variantları üzərində işləyirik. Ola bilsin, gələcəkdə bu tip filmlərəPlaystation, Xbox və digər oyun platformalarında da baxmaq mümkün oldu.


-İnteraktiv kinonun inkişafı istiqamətində növbəti addım hansı olacaq?

B.P - Artıq dediyim kimi, biz filmlərimizin müxtəlif platformalarda nümayişi istiqamətində irəliləyirik.O ki qaldı bilavasitə istehsalat prosesinə,hazırda uşaq filmləri, qorxu filmləri və bir çox başqa janrlarda süjetlər, ideyalar üzərində işləyirik. Konkret deməli olsam, artıq romantik komediya üçün ssenari yazırıq, ondan sonra da horror üzərində işləyəcəyik.

Rusiyada “Gecə oyunu” filminin prokatı ilə məşğul olan “Karo” kinoteatrlr şəbəkəsinin nümayəndəsiNikolay Kudryaşevin sözlərinə görə, hazırda film yalnız Rusiya və İsveçrədə nümayişə buraxılıb. Avropada Milad bayramı ərəfəsində, ABŞ-da isə 2017-ci ildə ekranlara çıxması gözlənilir.

-Necə fikirləşirsiniz, niyə bu texnologiya, məsələn, Yaponiyada yox, məhz, İsveçrədə meydana çıxıb?


-N.K - Bilirisiniz, danışıqlar zamanı xarakterik bir cəhət diqqətimi çəkmişdi. İsveçrədə seçməyi sevirlər. Mən qəsdən xəbərləri izlədim. Orda hər yarım ildən bir hansısa referendumlar keçirilir:Məscidlərin olmasına icazə verilsin, ya verilməsin, vətəndaşlara alternativ gəlir mənbələrinə sahib olmağa icazə verilsin, ya verilməsin və s. Ola bilsin, interarktiv kino ideyası, məhz, buna görə orda yaranıb.

Buna da bax: Monica Bellucci: 'Mən artıq yaşlı qadınam, yaşıma uyğun rollar axtarıram'

-Düymələr əsas təsvirin üzərinə necə qoyulur? Yoxsa bu proyeksiya yox, ayrıca fayldır?

-N.K – Bu, sadəcə DCP surəti, ya da fayl deyil: aparat və proqram həlləri toplusudu, soft və hardlardan (sərt disk, WiFi-router və s) ibarət, səsverməni və seçilən variantın yayımlanmasını təmin edən bütöv bir sistemdir.Hələlik proqram əlavələri yalnız iOS və Android əməliyyat sistemlərində işləyir. Windows Phone tərəfindən dəstəklənmir.

-Belə çıxır ki, bu film çox bahalıdır..

-N.K - Əlbəttə və bu məntiqlidi. Çünki yeni fortmatdı və pulun böyük hissəsi texnologiyanın yaradılmasına sərf olunub. Burda xüsusi effektlər, Hollivud ulduzları yoxdu. Mən filmi ilk dəfə Kann festivalının xüsusi baxış bölməsində izlədim və çox bəyəndim. Düşündüm ki,rusiyalı tamaşaçıların da çox xoşuna gələcək.Mən bu texnologiyaya inanıram.
David Fincherin “İtkin düşmüş”, ya “Oyun” filmini bu texnologiyada təsəvvür eləyin. Mənə elə gəlir ki, fantastikadan başqa bütün janrları bu texnologiya ilə çəkmək mümkündü. Klassika haqqında söz deməyə çətinlik çəkirəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG