Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:29

Monica Bellucci: 'Mən artıq yaşlı qadınam, yaşıma uyğun rollar axtarıram'


İtalyan aktrisa Monica Bellucci

Dünyaca məşhur serb rejissoru Emir Kusturicanın 2016-cı ildə çəkdiyi "Süd yolu ilə" filminin baş rolunda italyan aktrisa ilə rejissorun özü oynayırlar. Film qadın və kişi münasibətlərindən bəhs edir. İtalyan aktrisa Bellucci "lenta.ru" saytına yeni filmi, Kusturica ilə münasibətlər və yaşlı qadın aktrisaların film sektorunda yaşadığı problemlər haqda danışır.

- Emir Kustirica ilə liftdə tanış oluğunuz doğrudurmu?

- Bəli-bəli məhz belə olub. Bu beş il öncə Kannda, kinofestivaldaykən baş verib. Sonra o mənə ssenari yolladı və əgər razılaşarsam Drvenqrad şəhərinə film çəkilişlərinə dəvət etdi. Bir də demişdi ki, mənsiz heç o kinoya əli qızmır.

- Sizin münasibətiniz bir qədər romantik komediyaların yaxud melodramların sujet xəttini xatırladı.

- (Gülür) Bilirsiniz, həyatda da belə şeylər olur. Əslində Emir mənə elə bir film təklif etmişdi ki, ona dünya dağılsa razılaşmazdım. Digər tərəfdən mən razılaşmasaydım da, rejissor onu çəkməyəcəkdi.

Buna da bax: Monica Belucci: «Gözəlliyimi itirməkdən yox, ölümdən qorxuram»

- Siz bir çox böyük rejissorlarla işləyibsiniz. Kusturica onlardan nəyilə fərqlənir?

Monica Bellucci və Emir Kusturica Bosniyadaykən.
Monica Bellucci və Emir Kusturica Bosniyadaykən.

- Böyük rejissorların heç biri digərinə bənzəmir, hər biri özünəməxsusdur. Emir yəqin ki, gördüyüm ən böyük kinomandır. Ona sinefil də deyə bilərik, o təsəvvür edə bilməyəcəyim qədər çox filmə baxıb. Birlikdə işimizin başında o qətiyyən məni heçnəyə məcbur etmədi... Sadəcə təklif etdi ki, oturub indi çəkdiyi filmə oxşayacağını düşündüyü bir neçə filmə baxaq. O filmlərin bəziləri məni elə sarsıttı ki, hələ də yaddaşımdan çıxmır, tez-tez gözümün önünə gəlir. Onlar fransız “yeni dalğası”na aid filmlər idi, bəziləri isə köhnə sovet filmləriydi, məsəlçün “Durnalar uçur”. Bu filmlər mənim çəkildiyim “Süd yolu ilə” filminə bənzəyirdi. Mənə ən çox təsir edəni 1960-cı illərə aid çox da tanınmamış çex filmi idi, o ağ-qara bir filmdir və demək olar ki, içində dialoqlar yoxdur... Dəhşət odur ki, onun adını hələ də yada sala bilmirəm. Emir deyir, o filmə ilk dəfə Praqada, kino məktəbində oxuyarkən baxıb. Çəkiliş meydançasında isə Kusturica ideal bossdur, həmişə nə istədiyini dəqiq bilir, bununla belə tez-tez improvizasiyaya da gedir, ünsiyyətcildir, aktyora azadlıq vermək lazım olanda bunu dərhal duyur.

- Ümumiyyətlə sizin “Süd yolu ilə” filmində canlandırdığınız qəhramanınız müəyyən mənada universal qadındır. Onun heç titirlərdə adı da göstərilmir, sadəcə “Gəlin” kimi adlandırılır.

- Hə, filmdəki bu simvolizm mənim özümü də çox təsirləndirdi. Əlbəttə, qəhramanım başdan başa qadınsallıqdır, belə demək olarsa feminnosdur. Ümumiyyətlə, Kusturica xeyli cəsarətli rejissordur, ondan başqa çox az adam obrazlar və tarix haqda əbədi, metaforik mövzuda iş ortaya qoya bilər. Filmdə mənim qəhramanım və onun obrazı mahiyyətcə universal kişi və qadındılar, bu iki şəxs müharibədən, insan dalğalarından yorulub uzun müddət bir-birlərində təskinlik tapırlar. Bu elə gözəldir ki! Sanki müasir Adəm və Həvva cənnət yer üzündün bir parçasında müharibə illətinin içinə düşüblər.

Xoşuma gələn məqamlardan biri də odur ki, onlar gənc deyillər. Hər ikisinin yaşı əllini keçib, həyatda ən müxtəlif hissləri, sevinci, faciəni, dəhşətli zorakılıq dalğasının dadını bilirlər – ancaq sevgi yenə də qalib gəlir və tərkisilah edir. Məncə bütün bunlar çox poetikdir.

Buna da bax: Monica Bellucci-nin çəkildiyi İran filminə... hamı baxmalıdır!

- Zamanla rollarınız və qəhramanlarınızla bağlı maraqlarınızın dəyişdiyini hiss edirsinizmi?

- Bilmirəm zaman maraqlara təsir edirmi. Həmişə məni təəccübləndirən rejissorlar və layihələr diqqətimi çəkib, elə rolların arxasınca düşmüşəm ki, onlar daxilimdə heç özümün də fərqinə varmadığım tərəfləri ortaya çıxara bilsin. Bu mənada rollara yanaşmam dəyişməz qalır. Xoşbəxtlikdən hələ də qarşıma məni filmində görmək istəyən istedadlı rejissorlar çıxır. Bu mənim özümün dəyişməyim anlamına gəlmir. Mən artıq yaşlı qadınam və yaşıma uyğun rollar axtarıram.

Baş rollarını Monica Bellucci və Emir Kusturicanın oynadığı "Süd yolu ilə" filminin treyleri.

- Deyirsiniz hələ də filmdə könlünüzə yatan film təklifləri olur?

- Hə. Bu sahədə bəxti gətirməyən nə qədər böyük aktrisa olub: Loren, Lollobridge və s. Aktrisalar gəncliyini itirən kimi rejissorlar da onlardan üz döndərir. Yaxşı ki, yaşadığımız dövrdə hər yaşdan olan qadınlar üçün ürəyin istəyən qədər rol var. Həm də 40-dan, 50-dən, 60-dan sonra da cazibədar qalaraq yeni mövzular açmağı bacarıb, insanları heyrətləndirən aktrisalar da çoxdur. Xoşbəxtlikdən məni hələ də rollara dəvət edirlər, ancaq on il öncə bu yaşa çatanda o təklifləri alacağımı ağlıma da gətirə bilməzdəm. Elə bu yaxınlarda Nil George-nin “Riviera” serialına çəkilib qurtarmışam. İnanın bu özəl bir hissdir.

Buna bax: Məşhur rejissora qarşı sui-qəsdin qarşısı alındı

- Bəs, artıq oynadığınız rollardan hansı aktrisa kimi sizə hamısından çox təsir edib?

- Cəmi iki belə rol var. Bu rollar mənim aktrisa kimi formalaşmağıma nəhəng təkan olub. Onlar Gaspar Noe-nin “Geriyə qayıda bilməmə” və Giuseppe Tornatore-nin “Malena” filmlərindəki rollarımdır.

XS
SM
MD
LG