Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 14:40

Azərbaycanın hərbi qulluqçusu cəbhədə yaralanıb


Arxiv fotosu.

Azərbaycan əsgəri bu gün, fevralın 1-i cəbhə xəttində yaralanıb.

Bu barədə Müdafiə nazirliyinin fevralın 1-i axşam saatlarında yaydığı məlumatda bildirilir.

“Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub.

Bölmələrimiz təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, çavuş Rauf Məhəmməd oğlu İsayev yaralanıb.

Buna da bax:​ 'Hərbidə baş vermiş cinayətlərin 99 faizi açılıb'

Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda vəziyyəti sabitdir, həyati təhlükə yoxdur” - deyə məlumatda qeyd edilir..

Müdafiə Nazirliyi sonuncu dəfə ötən ayın 15-i bir Azərbaycan əsgərinin cəbhədə həlak olduğu haqda məlumat yaymışdı.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Buna da bax: Sarkisian Dağlıq Qarabağ ətrafındakı "Bufer zonasın"dan danışdı

2016-cı il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır və cəbhədən acı xəbərlər gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG