Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 03:02

'Hərbidə baş vermiş cinayətlərin 99 faizi açılıb'


Hərbi hissədə öldürülən əsgər Tapdıq Babaşov

“Ölkə iqtisadiyyatının dinamik inkişafı və dayanıqlılığı Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir edib”.

Yanvarın 27-də Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev belə deyib. Bu haqda hərbi prokurorluğun mətbuat xidməti xəbər verir.

O, qeyd edib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşması istiqamətində mühüm addımlar atılıb.

Buna da bax:​ Mərhum əsgərin anası: 'Həqiqəti söyləyin, özüm sizi oradan çıxarım'

“Şəxsi heyətin nizam-intizamının artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Hesabat dövründə (2016-cı il) qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb”, hərbi prokuror deyib.

Cinayətlər azalıb

Onun açıqladığı statistik bilgilərə görə, ötən il silahlı qüvvələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 14,2, hərbi xidmətdən yayınma cinayətləri 35,1 faiz azalıb. Hərbi hissəni özbaşına tərk etmə halları 40,2, fərarilik 69,2, qəsdən adam öldürmə 36,8, özünü öldürmə həddinə çatdırma isə 14,3 faiz azalıb.

Buna da bax: Öldürüldüyü iddia olunan hərbçinin son mesaji: “Məni bağışlayın...”

2015-ci illə müqayisədə ötən il ümumilikdə Müdafiə Nazirliyinin hərbi hissələrində qeydə alınmış cinayətlərdə 5,1 faiz azalma olub.

Hərbidə rüşvət - 117 cinayət işi açılıb

Hərbi prokurorluğun korrupsiya və rüşvətxorluq halları ilə mübarizə sahəsində də işindən danışılıb. Hərbi prokurorun deməsinə görə, belə faktlar üzrə 153 şəxs barəsində 117 cinayət işi açılıb, təqsirkarlar məhkəməyə çıxarılıb.

Buna da bax:​ Manqa komandiri əsgərləri niyə döyürdü?- [ifadələr]

Aprel döyüşləri...

Hərbi prokuror Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri və əsir düşmüş şəxslərə Ermənistanda işgəncə verilməsi ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə də bilgi verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir. Ötən ilin aprelində cəbhə bölgəsində baş verən hərbi toqquşmalar üzrə açılan cinayət işinin istintaqı da davam etdirilir.

Buna da bax: ‘Kaş əsgər öldürənlərin cəzasını əsgər anaları verəydi...’

Xatırlatma

Ötən il aprelin 2-dən 5-nə kimi cəbhə bölgəsində iri hərbi əməliyyatlar baş verib. Hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Azərbaycan prokurorluğu mülki əhalinin ağır silahlardan atəşə tutulması ilə bağlı cinayət işi açıb.

Bundan başqa 1994-cü il atəşkəs müqaviləsinə qədər Dağlıq Qarabağda azərbaycanlıların məskunlaşdığı Xocalı, Qaradağlı, Meşəli və Qazax rayonun Bağanis-Ayrım kəndinin işğalı və mülki əhaliyə divan tutulması ilə də bağlı aparılan istintaq da, hələ də yekunlaşmayıb.

Buna da bax: Cocuq Mərcanlı minalardan təmizlənəcək

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG