Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:48

Sarkisian Dağlıq Qarabağ ətrafındakı "Bufer zonasın"dan danışdı


Serzh Sarkisian

“Aprel hadisələri Dağlıq Qarabağ ətrafında yaradılmış təhlükəsizlik zolağının bir daha nə qədər vacib olduğunu göstərdi”.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, bunu Ermənistan prezidenti Serzh Sarkisian Ermənistan silahlı qüvvələrinin 25 illiyi ilə bağlı çıxışında deyib.

Sarkisian bildirib ki, aprel döyüşlər bir daha qarşı tərəfə güc tətbiq etməyin faciəvi və şıxılmaz olduğunu göstərdi.

Qeyd edık ki, 2016-cı il aprelin 2-5-i arası Dağlıq Qarabağdakı cəbhə xəttində gedən dördgünlük hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini atəşkəsi pozmaq, münaqişəni qızışdırmaqda ittiham edir.

Azərbaycan prezidenti İlham Əliyev həmin döyüşlərdə 2 min hektar ərazinin işğaldan azad edildiyini deyir.

Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazisindən çıxması ilə bağlı BMT qətnamələrinə əməl olunmasa və münaqişə sülh yolu ilə həllini tapmasa Azərbaycan öz torpaqlarını lazım gəlsə hərbi güclə azad edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG