Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Gəncədə hamilə qadın ölüb


Foto illüstrasiya

Goranboy rayon sakini Gəncədə xəstəxanada ölüb. Xəbəri APA yayıb. Xəbərə görə, hadisə Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında qeydə alınıb.

Bildirilir ki, Goranboy rayon sakini, 1989-cu il təvəllüdlü Elşanə Əhmədova sol partlamış boru hamiləliyi diaqnozu ilə ağır vəziyyətdə xəstəxananın ginekologiya şöbəsinə çatdırılıb. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, bir müddət öncə Tovuz rayon sakini olan hamilə xanım və abort olunan daha bir qadın da bu xəstəxanada vəfat edib.

Xəstəxananın həkimi Tovuz sakini olan xanımın ölümünü doğuşdan sonra böyrəklərinin funksiyasını yerinə yetirə bilməməsiylə əlaqələndirib, amma ikinci xanımın ölümünün səbəbləri barədə açıqlama verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG