Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:02

'İran BMT-nin silah embarqosunu pozur'


Samantha Power

ABŞ İranın BMT Təhlükəsizlik Şurasının silah qadağasını pozduğunu, «Hizbullah»ı silahlandırdığını deyir.

Birləşmiş Ştatların BMT-dəki səfiri Samantha Power bildirib ki, İranın «Hizbullah»ı silahla təmin etməsi Yaxın Şərqdə stabilliyə əsas əngəllərdən biridir.

BMT-nin siyasi məsələlər üzrə rəhbəri Jeffrey Feltman da eyni narahatlıqla çıxış edib.

Tehran Təhlükəsizlik Şurasının silahlar haqda embarqosuna, eləcə də ballistik raketlərlə bağlı məhdudiyyətlərinə əməl etməkdən açıq-açığına boyun qaçırır. Rusiyayla Çin şuradakı veto hüququndan yararlanaraq onu müdafiə edirlər, İrana qarşı sanksiyalara imkan vermirlər.

Rusiyanın BMT-dəki səfirinin müavini Vladimir Safronkov yanvarın 18-də deyib ki, onlar İrana təzyiqlərin əleyhinədirlər və Moskva Tehranı bundan sonra da müdafiə edəcək.

Amma S.Power-i əvəz edəcək diplomat, D.Trump-ın BMT-yə səfir təyin etdiyi Nikki Haley Senatda dinləmələr zamanı İrana sanksiyalarla bağlı qəti mövqe tutacaqlarını söyləyib.

XS
SM
MD
LG